Dünya
İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
Böyük Britaniyanın “Daily Mail” qəzeti Türkiyənin britaniyalı turistlər üçün getdikcə daha populyar tətil istiqamətinə çevrildiyini yazıb.
Publika.az xəbər verir ki, nəşr həmçinin ölkədə mütləq görülməli əsas turistik məkanların siyahısını təqdim edib.
Siyahıda ilk yerlərdən birini Yerebatan Sarnıcı tutur. VI əsrdə inşa edilən bu yeraltı su anbarı 336 sütundan ibarət olmaqla, özünün sirli atmosferi ilə turistlərin diqqətini cəlb edir.
Digər diqqətçəkən məkan isə Ayasofya məscididir. 537-ci ildə tikilən, 1453-cü ildə məscidə çevrilən, 1934-2020-ci illərdə muzey kimi fəaliyyət göstərən bu abidə hazırda yenidən məscid kimi istifadə olunur. Nəhəng günbəzi, mozaikaları və Bizans-Osmanlı memarlıq sintezi ilə seçilir.

Topqapı Sarayı da siyahıda yer alır. Fatih Sultan Mehmed tərəfindən XV əsrdə tikilən saray təxminən 400 il Osmanlı imperiyasının inzibati və mədəni mərkəzi olub. Kompleks geniş ərazini əhatə edir və klassik Osmanlı memarlığının nümunəsi hesab olunur.
Britaniya mediası Sultanahmet Məscidini də xüsusi qeyd edib. Məscid interyerində istifadə olunan mavi İznik saxsıları ilə məşhurdur və İstanbulun simvollarından biri sayılır.
Tarixi məkanlar arasında Efes antik şəhəri də diqqət çəkir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən bu qədim şəhər Roma dövrünə aid möhtəşəm xarabalıqları ilə tanınır.

Siyahıya daxil edilən digər əhəmiyyətli məkanlardan biri Dolmabahçe Sarayıdır. Saray zəngin interyeri və geniş bağları ilə turistlərin marağına səbəb olur.
Böyük Bazar isə 4000-dən çox mağazası ilə Türkiyənin ən böyük örtülü bazarlarından biri kimi təqdim olunur.
Antalyada yerləşən Kaleiçi tarixi küçələri və liman mənzərələri ilə seçilir və gəzinti üçün ideal məkan kimi qiymətləndirilir.

Sonda isə Pamukkale Travertinləri qeyd olunur. Ağ travertinləri və termal suları ilə məşhur olan bu ərazi də UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
Müəllif: Roza
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO
-
Sosial13:32Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək



































