Dünya
Ebola yenidən qayıtdı
Ötən ilin dekabr ayında Sierra Leonedə Ebola virusuna yoluxmuş şotlandiyalı tibb bacısı Polina Qafferki yenidən karantinə yerləşdirilib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, yanvar ayında Polina Sierra Leonedən Londona gətirilərək təxminən bir ay ərzində müalicə kursu keçib.
Bundan sonra onun Ebola xəstəliyindən sağaldığı bildirilib və tibb bacısı xəstəxənanı tərk edərək normal həyat tərzinə qayıdıb.
Mütəxəssislər Polinada ebola xəstəliyinin yenidən baş qaldırması və onun səhhətinin ağırlaşmasının qeyri-adi olduğunu deyirlər.
Britaniya səhiyyəsinin yerli rəsmiləri Polinada ebolanın yenidən aşkar edildiyini təsdiqləyərək onun ilkin virusun qalığı olduğunu qeyd ediblər.
Çərşənbə axşamı Qlazqouda karantinə yerləşdirilən 39 yaşlı tibb bacısı müalicənin davam etdirilməsi üçün ötən gün Londona gətirilib.
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ






























