Dünya
Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi
2023-cü ildə "Titanik" gəmisinin qalıqları yaxınlığında partlayan "Titan" turistik batiskafının sərnişinlərinin qalıqları okeanın dibindən çıxarılaraq ailələrinə təhvil verilib.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" nəşrinə həmin faciədə həyat yoldaşı Şahzadəni və 19 yaşlı oğlu Süleymanı itirən Kristin Davud məlumat verib.
Davudun sözlərinə görə, doğmaları cəsədləri doqquz ay gözləməli olublar. O, qalıqların vəziyyətini belə təsvir edib:
"Mən 'cəsədlər' dedikdə qalıqları nəzərdə tuturam. Onlar ayaqqabı qutusuna bənzər iki kiçik qutuda gətirildi".
Qalıqlar okean dibindən çıxarıldıqdan sonra ABŞ Sahil Mühafizəsi tərəfindən DNT sınaqları keçirilib. Mütəxəssislər çox az nümunə tapa biliblər, bəzi DNT-lərin isə bir-birinə qarışdığı müəyyən olunub.
Xatırladaq ki, 2023-cü il iyunun 18-də "Titanik"in qalıqlarına turist daşıyan batiskafla əlaqə kəsilib, iyunun 22-də isə onun qalıqları tapılıb. Göyərtədəki insanların hamısı həlak olmuş elan edilib. Onlar iş adamı Şahzadə Davud və oğlu Süleyman, britaniyalı milyarder Hemiş Hardinq, "OceanGate" şirkətinin qurucusu Stokton Raş və "Cənab Titanik" kimi tanınan fransız akvanavt Pol-Anri Narjole idilər.
Hüseyn İbadlı
-
MDB21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var















.png)
.jpg)














