Dünya
Ukrayna 4 ölkə arasında bölüşdürülə bilər - Perspektiv
Polşanın Xarici İşlər Nazirliyi bildirir ki, Rusiyadan Ukraynanın bölüşdürülməsinə dair rəsmi təklif alıb.
Publika.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Polşa XİN-in dəstəyi ilə fəaliyyət göstərən beynəlxalq İctimai kanal - TVP məlumat yayıb. Məlumata görə, Rusiyadan daxil olan məktubda bildirilir ki, Polşa XİN Ukraynanın beş qərb vilayətini-Volınsk, Lvov, İvano-Frankovsk, Ternopol və Rovensk vilayətlərinin Polşaya birləşdirilməsi üçün səyləri gücləndirməlidir.
Polşa prezidentinin humanitar məsələlər üzrə müşaviri Tomaş Nalenç məktubun olduğunu təsdiqləyərək onu “hansısa xəstə təxəyyülün məhsulu” adlandırıb.
“Polşaya dost ölkəni bölüşdürmək barədə təklifin daxil olması hiddət doğurur. Hesab edirəm ki, bu təklifi psixiatıra göndərmək lazımdır” - deyə o bildirib.
Polşa XİN-in mətbuat katibi Marçin Voytsexovski isə bildirib ki, məktubu göndərən Dövlət Dumasının spikerinin müavini, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskidir. O, məktubun məzmununun absurd olduğunu və Rusiya elitasında Molotov-Ribbentrop paktı nöqteyi-nəzərindən düşünənlərin mövcudluğundan təəsüfləndiyini deyib.
TVP kanalı xəbər verir ki, Rusiya rəsmilərindən analoji təklifləri Macarıstan və Rumıniya da alıb. Bu ölkələrə Ukraynanın Zakarpatye və Çernovets regionlarını götürmək təklif edilir. Jirinovskinin planına görə, Ukraynaya ancaq ölkənin mərkəzi hissəsi qalmalıdır.
Xatırladılır ki, Jirinovski Krımın Rusiya tərəfindən zəbt olunmasından sonra Ukraynanın şərq regionlarının da alınmasına çağırıb. O, bildirib ki, Ukraynanın qərb regionları Polşa, Macarıstan və Rumıniya torpaqlarıdır.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...