Fəthullah Gülənin telefon danışığının stenoqramı - TAM MƏTN
Bizi izləyin

Dünya

Fəthullah Gülənin telefon danışığının stenoqramı - TAM MƏTN

Qorxu imperatoru kimi təqdim edilən ABŞ-ın Pensilvaniya ştatında yaşayan F. Gülənin Türkiyədə bir şəxslə telefon danışığında onun bir sıra təşkilatların idarə edilməsi istiqamətində təlimatlar verdiyi ortaya çıxıb.

Türkiyədə camaat-AKP qarşıdurmasında camaat lideri Fəthullah Gülənin telefon danışığının stenoqramı yayılıb. Publika.Az Türkiyə mediasına istinadən xəbər verir ki, qorxu imperatoru kimi təqdim edilən ABŞ-ın Pensilvaniya ştatında yaşayan F. Gülənin Türkiyədə bir şəxslə telefon danışığında onun bir sıra təşkilatların idarə edilməsi istiqamətində təlimatlar verdiyi ortaya çıxıb.

Telefon danışığında TÜPRAŞ-a (Türkiyə Petrol Rafinerileri AS) maliyyə basqınının əvvəldən paralel dövlət tərəfindən Koça xəbər verdilyi, Asiya Bankına basqının qarşısını almaq üçün Bank Tənzimləmə və Nəzarət Təşkilatındakı (BDDK) təşkilata işləyənlərin buna müdaxilə etdiyi, iş dünyasının tanınmış simalarının F. Gülənin gözünə girmək üçün bir-biri ilə yarışdığı aydın olur.

Həmin telefon danışığını təqdim edirik:

Telefon danışığının tarixi: 25 dekabr 2013-cü il. (Zəng edən şəxs Asiya Bankının pis vəziyyətdə olduğunu, müştərilərin pullarını bankdan çıxardığını deyir və “nə edək” deyə soruşur).
-Əfəndim Ali bəyin işləri ilə bağlı. Böyük müştərilərdən bir neçəsi almış şeylərini (pullarını çəkiblər). Təbii ki, bu çox böyükdür. Bunlar içində hələ bəlli olmayan THY var, birdə bank var. O da alırsa bir az çətin olacaq kimi görünür. Bir azdan güman ki, dostlarla görüşəcəyik. Onlarla bu məsələni müzakirə etsəjk, öndə gedənləri 2001-ci ildə olduğu kimi şeylərini (paralarını) yatırmalarını istəsək uyğun olarmı?

Fətullah Gülən: O əlinizdəki şeylər olmur? (camaat üzvlərinin qızıllarını nəzərdə tutur).
-Onlar azdır əfəndim.

Fətullah Gülən: Eləmi?

-Bəli. Yəni böyük, lap böyük, dostları da panikaya-manikaya salmadan külli şeyin olması.

Fətullah Gülən: Bunun yolu var?

- Əfəndim, hazırda bəziləri ehtiyacdır deyib özləri əlaqə yaradıblar. Biz bunu aşarıq deyə bir şey olub, amma indiki görüntü THY nə edəcək, bəlli deyil? 300 küsur (THY-nin pulu 300 milyon türk lirəsi). Bir də o bankın 300 küsur. Elə böyük toplu şey edərslərsə, bunu etmələri böyük ehtimaldır. Çəkmə ehtimalları. Əfəndim dostlarla görüşərək, onlara yaxın çevrələrin yəni şeylərini (pullarını) oraya, 2001-ci ildə olduğu kimi yatıracaqlar.

Fətullah Gülən: Bu mümkündürmü?

-Əvvəldən zati-alinizin tövsiyəsi ilə 2001-ci ildə etmişdik.

Fətullah Gülən: Edin, edin. Heç hiss etmədən tələsik edin. Tələsin.

“Təmaslarımızı Böyük Patron bilməsin”

Fətullah Gülənlə Türkiyədən ona zəng edən adamın arasında 14 oktyabr 2013-cü il tarixində olan telefon danışığının bir bölümündə olan dialoqun Koç qrupuna aid Tüpraşa edilən müfəttiş basqını ilə bağlı olduğu deyilir. Danışıqdan camaatın Tüpraş-a basqın olacağına dair xəbər verdiyi, Koç qrupunun təşəkkür etdiyi və bunun əvəzini vermək üçün Türk dili olimpiadalarına sponsor olmaq istədiyi aydın olur.

Həmin dialoq belədir:

-Əfəndim, zati-alinizlə görüşdükdən sonra ötən gün Mustafa bəy zəng etdi, Koç (Mustafa Koç). Bir müddətdir sizin orada, paytaxtdaydı (Vaşinqton). “Ailə içində də təsdiq etdilər” dedi. “Məmnuniyyətlə biz sponsor olmaq istəyirik” dedi. (Koç Holdinq türk dili olimpiadalarına sponsor olmaq istəyir). O danışıqdan sonra Adnan Polad bəy də özü zəng etdi, əfəndim.

Fətullah Gülən: Bəli, yaxşı oldu. Onların (Polad) olması daha yaxşıdır. (Pola da sponsor olmaq istəyir). Onlara (Koç-Tüpraş məsələsi) qarşı da yuxarıdan bir pis rəftar var. Lakin maliyyə məsələləri daxil olmaqla problem olacaq tərəfləri yoxsa, bir şey edə bilməzlər. Üstlərinə müfəttişlər salınsa belə heç nə edə bilməzlər.

-Rahatdırlar, əfəndim.

Fətullah Gülən: Bəli. Hesab edirəm tədbir görüblər. Xəbərdardılar? (Tüpraşın yoxlanacağından xəbərləri vardır).

-Bəli, əfəndim. Bu məsələ üçün təşəkkür etdilər. Dəvət etmək kimi məkanlarında bir şeylər edəkmi əfəndim. Bu məsələlərdə təmas quraqmı?

Fətullah Gülən: Yaxşı olar. Amma Böyük Patron bilməsin. Onunla təmas qurduğumuzu bilməsin.

-Başı üstə əfəndim. O məsələdə məncə bir təqib altındayıq. Bəzi məsələlər var. O gələn dostlar zati-alinizin o tərəfinə gəldilər. Bu günlərdə başıma bir hadisə gəldi. Gəlib sizə də danışacam. Məncə bu məsələdə ora ilə bağlı təqib edilirlər.

Fətullah Gülən: Doğrudur.

Telefon danışıqlarına görə, Fətullah Gülən təşkilatının BDDK-nın idarə heyətində və aşağı təşkilatlarında köstəbəkləri (türk ifadəsinə görə xəbər çatdıranları-red) var.

-Sizin adınıza bir komanda quracaqdır, dostlar dəstək verəcəkdi. Üç kişi bir araya gəldilər. Bizim oradakı Yaqub adlı bir dostumuz vardı. O sivil dopstumuz. Onlar bir araya gəldilər. Bizim BDDK olaraq vəziyyətimiz necədir. Necə qoruya bilərik.

-Məsələn, indi orda Zəfər bəy var. Zəfər bəylə kimsə görüşsün, o da nə etmək lazımdır desin. İdarə Heyətindədir də.

-Zəfər bəy kimdir?

-Orda İdarə Heyətində təmsil olunur. Texniki yoldaşdır.

-Amma texniki dildə danışan Ahmed də ola bilər.

-O zaman ya Ahmed olsun, ya da Zəfər.
-Texniki bir şey danışacaqlarsa Ahmed olarsa daha rahat izah edə bilərlər. Normal şərtlərdə narahat olmağa ehtiyac yoxdur. Orada başqan müavinini keçmələri lazımdır. Dairə başqanını keçmələri lazımdır. Ondan sonra onun müavinini. Bunların hamısı bizim dostumuzdur. Amma əgər yuxarıdan təlimat gələrsə narahatçılığından dolayı olaraq.
- Mühüm deyil, anladım. Siz bununla əlaqəli dostlarla görüşün. Bizimlə sabah necə əlaqə saxlayırsa saxlasın. Texnokrat dost bizə məlumat versin.

- Bizə məlumat versin deyərkən Ahmedi çağırıb ona desinlər?

- Təbii ki, Ahmedə desinlər. Ahmed bizə məlumat verər.

- Oldu. Belə edərik.

- Bir də əfəndim, Uqanda nazirindən xəbər gəldi. Orda bir neftayırma zavodu var. Uzun müddətdir gündəmdə idi. “Türkiyədən böyük bir firma gətirsəniz məmnun olarıq” dedilər. Onlara (Koç Hopldinq) təklif edək? Bu məsələ ilə bağlı onların da əlaqəsi var.

Fətullah Gülən: Onlardan olmayan bir başqası belə ağır yükün altına girə bilərmi?
-O yükün altına girə biləcək bir insan çevrəmizdə yoxdur əfəndim. Türkiyədəkilər böyüklər əfəndim, əsasən içəridə şeylərə girirlər. Onların (Koç Holdinq) “Sizin göstərəcəyiniz insanlarla ortaqlıq etmək istəyirik” kimi bir yanaşmaları da var. İstəyirsinizsə bir az da danışıq aparaq.


Fətullah Gülən: Elə edək. Biz az da dediyimizi edəcək, deyəcəyimiz şeyləri deyərkən rahat ola biləcəyimiz biri olsa daha yaxşı olar. Olmazsa onlara verərik.
-Baş üstə, əfəndim.

1 noyabr, 2013-cü il telefon danışığı-eyni məsələ:

- Əfəndim, neftayırma zavodu məsələsini mən Koça aparmadım. Fatih baltaçı bəy ortağı olan iki ayrı ölkədəkilərlə görüşdü. Maraqlanmırlar. Akın İpek bey də maraqlanmır. Bu ayın 8-i müraciət etmək üçün son tarixdir. Onlara deyəkmi bunu, Koça. Başqa bir alternativ ağlımıza gəlmədi.

Fətullah Gülən: Bəli ola bilər məncə. Ürəklərini ələ almış olarsınız.

- Baş üstə, xocam. Bir də əfəndim, bu Mehmet Nazif bəyin (Günal) böyük bir işi vardı. Çinlilər alacaq kimi idi. Sonra başqa iki adam onlara verib. O iş üçün xarici işlər naziri təktrara dəvət etdi. “Bayramdan sonra gələrsiniz” dedi, “bu işi ala biləcəyik” dedi. Bu məsələ necə hərəkət edək. Nazıf bəylə təkrara gedəkmi?

Fətullah Gülən: ola bilər. Nazif bəyi də möhkəm tutmaq lazımdır.
- Baş üstə, əfəndim. Həccə getməmişdən öncə görüşdük.

Kod adı “Uqandadan ananas”

1 noyabr 2013-cü il tarixli telefon danışığında olan “Bu dostlarımıza Uqandadan ananas zad gəlib” şəkilində başlayan dialoq sosial mediada günün ən çox müzakirə edilən məsələsi oldu. Bu danışıqda “ananas”ın almaz olduğu iddia edilir. O bölümü təqdim edirik.

-
Bu dostlarımıza Uqandadan ananas- zad gəlib. Əfəndim onlara göndərmişdim. Bu gün Koç təşəkkür məktubu yazıb. Adama da zəng etdim. Köməkçisi ilə danışdım. Bu iftar məsələsini də orada təkrara görüşərkən Mustafa (Koç) bəyin Adnan bəy, Poladın aramasından narahat olduğunu dedi əfəndim. Mən Süleyman qardaşla da bölüşdüm bunu, dedim özünə. Hər-hansı bir şey olarsa, mən görüşdürüm, “federasiya sədrini tanış etdik onsuz da” dedim. Siz arada qalsanız ən azından bizim üstümüzə atın. Siz Adnan bəylə pis olmayın dedim. Belə bir şey çıxdı ortaya xocam.

Fətullah Gülən: Məncə, məsələni həll edin. Yumşaqlıqla, inşallah.

Cinər: Bu qəzetdə əleyhinizə bir şey çıxmaz

- Bu gün Turqay Cinər bəyi ziyarət etdik. Hasan bəylə bir köşə yazarının mənfi yazı yazma istəyi vardı. Onu öyrənmişdik. Özünü axtardıq. Şəxsən ortaya girdi: “Bu qəzetində əleyhinizə heç bir şey çıxmaz” dedi. Bunları hamısı “xidmət müəssisəsidir” dedi. “Böyüyümüzün (Fətullah Gülən) əleyhinə də mən burda bir şey çıxartmaram” dedi. Elə gözəl görüş keçdi ki əfəndim.

Gülən: Çox yaxşı. Allah razı olsun.

Səhhətinizi ən çox Ali Sabancı soruşdu

Danışıq tarixi: 1 noyabr 2013-cü il.
-
Hörmət edərəm. Bu Aziz bəy varı, əfəndim. O gəlməli olan bəyəfəndi. Pasportunu almaq üçün xahiş etdi. Birinci günü verəcəklər.

Fətullah Gülən: Kimin dediniz?

-Bursadan gəlməli olan Aziz bəy. Osman xoca demişdi, xocam.
Gülən: Hə, bildim, xatırladım. Oldu, yaxşı.

-Ali Sabancı ilə bərəabər idim dünən. Çox salamları var. Səhhətinizi soruşdu. Bu müddətdə ən çox da o zəng edib soruşdu. Ceyda xanım bir məktub verdi. O da “bu şəkildə telefonla olmaya bilər” dedi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm