Ağ Evin sözçüsü: “Obama Əsədin bu şəkildə getməsini istəməyib”
Bizi izləyin

Dünya

Ağ Evin sözçüsü: “Obama Əsədin bu şəkildə getməsini istəməyib”

“ABŞ prezidenti Barak Obama Suriya lideri Bəşər Əsədin hərbi yollarla vəzifəsindən uzaqlaşdırılmasını heç vaxt istəməyib”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Coş Ernest mətbuat konfransında deyib.

O, ABŞ prezidentinin hər zaman Yaxın Şərqdə quru əməliyyatlarından qaçdığını bildirib. Ernest Suriyaya böyük miqdarda hərbi qüvvənin toplanmasının ABŞ-ın maraqlarına uyğun olmadığını vurğulayıb.

“ABŞ-ı Yaxın Şərqdə yenidən quru əməliyyatlarına itələyəcək bir yolla getmədik”, - Ağ Evin sözçüsü söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm