Dünya
İstanbul terrorunu törədənlərin vətəndaşlıqları açıqlandı
İstanbul Atatürk Hava Limanında terror hücumunu həyata keçirən kamikadzelərin vətəndaşlıqları müəyyən edilib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prokurorluq mənbələrindən əldə edilən məlumata görə, kamikadzelər Rusiya (Dağıstan), Qırğızıstan və Özbəkistan vətəndaşlarıdır.
Terrorçuların adlarının müəyyən edilməsi üçün araşdırmalar davam edir.
Daha əvvəl isəTürkiyə KİV-i kamikadzelərdən birinin çeçen əsilli Rusiya vətəndaşı Osman Vadinov olduğunu yazmışdı. Digər iki terrorçunun isə Tacikistan vətəndaşı olduğu bildirilirdi.
Məlumata görə, onlar Türkiyəyə 32 gün əvvəl İŞİD-in “paytaxtı” Rakka şəhərindən göndərilib. Terrorçular İstanbulun Fatih Horhor səmtində çoxmərtəbəli binada mənzil kirayələyib.
Qeyd edək ki, iyunun 29-u axşam saatlarında Atatürk Hava Limanında törədilən terror aktında 42 nəfər həlak olub, 239-u yaralanıb. Hücuma görə hələ heş bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin Türkiyə hakimiyyəti iddia edir ki, terror aktında İŞİD-ə aid elementlər var.
Ömər Dağlı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir