Kadırov Ankaraya səsləndi: “Terrorçuları qaytarın!”
Bizi izləyin

Dünya

Kadırov Ankaraya səsləndi: “Terrorçuları qaytarın!”

Kadırov Ankaraya səsləndi: “Terrorçuları qaytarın!”

Çeçenistan Respublikası prezidentinin vəzifələrini icra edən Ramzan Kadırov Ankaranı çeçen terrorçularını Rusiyaya verməyə çağırıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Kadırov “Instagram” hesabında yazdığı şərhində çeçen terrorçularının Türkiyədə gizləndiyini iddia edib.

“Əgər terrorçular haqqında məlumatlar Türkiyə hakimiyyətinə lazımdırsa, növbəti dəfə onların adlarını açıqlayıram. Yazın! Tarxan Qazıyev, Əhməd Umarov, Əhməd Patayev, Şirvani Basayev, Məhran Səidov, Rizvan və Usama Yakubovlar, Aslanbek Vadalov, Movsar Çatayev, Hadi Alasxanov, Rüstəm Naurbayev və onların ideya rəhbəri Mövladi Uduqov”, - Kadırov bildirib.

Kadırov vurğulayıb ki, bundan əvvəl də çeçen əsilli terrorçuların təhlükəli olması barədə Türkiyəyə xəbərdarlıq edilib, amma yalnız onların təhvil veriləcəyinə dair vədlər eşidib. Onun sözlərinə görə, beynəlxalq terrorizm problemi gündəlikdə qalır, amma hələlik təhlükəli cinayətkarlar xaricdə sığınacağa malikdirlər.

“Qərb, gürcülər və xüsusi xidmət orqanları Rusiyaya pislik etməyə çalışaraq Çatayevi yetişdirdilər. Əgər o, İstanbuldakı terror aktlarına cəlb olunubsa, buna görə məsuliyyət daşımalıdır, Çeçenistan Respublikasına tərəf baxmamalıdırlar”, - çeçen lider qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm