Dünya
Prezidentliyə namizədlərin “Ulduz qalmaqalı”
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddiaçı Donald Tramp və onun demokrat rəqibi, sabiq dövlət katibi Hillari Klinton arasında “ulduz qalmaqalı” davam edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Trampın sosial mediada iki gün əvvəl Klintonla bağlı yerləşdirdiyi təsvir etirazla qarşılanıb.
Milyarder sabiq dövlət katibini çoxlu dollarlar arasında göstərib və onun yanındakı ulduzun qarşısında “tarixin ən korrupsioner namizədi” ifadəsini yazıb. Trampın bu hərəkəti, daha doğrusu təsvirdə yerləşdirdiyi David ulduzu onu tənqidlərə tuş gətirib. Klinton təsviri anti-semit adlandırıb.
Tramp bazar ertəsi “Twitter” səhifəsində bildirib ki, o, David ulduzunu iudaizmin simvollarından biri kimi nəzərdə tutmurdu. Onun sözlərinə görə, ulduza şerifin nişanı kimi və ya “adi ulduz” kimi baxmaq lazımdır.
“Öz kampaniyası üçün Donald Trampın anti-semit təsvirdən istifadə etməsi kifayət qədər həyəcanlıdır. Bu seçicilərin narahatlığı üçün ciddi səbəb olmalıdır”, - Klinton bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı il tarixində keçiriləcək.
Ömər Dağlı
-
Hadisə21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə"dən ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO




























