Dünya
Almatının 1000 illiyinə hədiyyə
Qazaxıstanın ən böyük şəhərlərindən olan Almatı şəhərinin Əl-Fərabi Dostik prospekti “Almatı-1000” abidəsi ilə bəzənib.
Publika.az xəbər verir ki, 5 metr hündürlüyü və 32 metr uzunluğunda olan abidənin açılışı ötən gün baş tutub. Abidənin məhz bu prospektdə qoyulması təsadüfi deyil. Çünki bura turistlərin ən çox istifadə etdiyi prospektdir və eləcə də istirahət mərkəzləri məhz burada yerləşir.
Əvvəl sökük və dağılmış bina bu gün ənənəvi üslubda tikilmiş gözəl bir binaya çevrilib. Həmçinin prospekt təbii daşlarla bəzədilib, əlavə 3 km uzunluğunda velosiped yolu da salınıb. Ərazidə 800 dən çox müxtəlif növdə ağac əkilib və Avropa istehsalı müasir avadanlıqlarla işıqlandırma təmin edilib. Bununla da ərazidə təkcə hərəkət rahatlaşmayıb, həm də daha təhlükəsizdir.
Layihə özəl sahibkar tərəfindən Almatının 1000 illiyi ilə bağlı şəhər sakinlərinə bir hədiyyə olaraq hazırlanıb. Abidənin mərkəzində alma ağacı təsvir edilib, kənarları isə Sak kurqanları formasında bəzədilib.
Abidənin müəllifi Murat Adilkhanov hesab edir ki, istifadə olunan təbii daşlar həm insanların hərəkəti üçün əlverişlidir, uzunömürlü olmaqla yanaşı, ekoloji baxımdan da zərərli deyil. Hər 5 metrdən bir yağış barmaqlıqları qoyulub.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı




















.jpg)


.jpg)
.webp)











