Dünya
Dəhşətli cinayət: Ata bir tikə kababa görə qızını... – VİDEO
Moskvada qəribə cinayət hadisəsi baş verib.
Paytaxt sakini Aleksey Çernikov 6 yaşlı qızını kababa görə öldürüb. Məhkəmə qarşısına çıxarılan şübhəli iddia edib ki, 6 yaşlı Veronikanı təsadüfən öldürüb. Alekseyin sözlərinə görə, sərxoş vəziyyətdə olub və kababın tikəsini icazəsiz götürdüyü üçün qızına əsəbləşib.
Ata qızının üzərinə hücum çəkib, onun başından tutaraq güclü silkələyib. Bu zaman qız ətin tikəsini uda bilməyib və boğulub. Uşağın vəziyyətinin pis olduğunu görən ata onun üzünə sillə vurub. Ancaq artıq hər şey gec idi. 6 yaşlı Veronika hadisə yerində dünyasını dəyişmişdi.
Məsuliyyətə cəlb olunacağını anlayan ata, arvadı və qaynanasını inandırmağa çalışıb ki, uşağın bədənindən qurtulmaq lazımdır. Qatil ata metal yeşikdə uşağın cəsədini yandırıb və külünü həyətə töküb. Sonradan qızın valideynləri yalandan polisə məlumat veriblər ki, guya balaca uşaq itib.
Ancaq aparılan araşdırmalar uşağın öldürüldüyünü sübut edib. Qatil ataya və ona yardımçı olan arvadı və qaynannasına yaxın günlərdə hökm oxunacaq. (baku.ws)
-
MDB12:00Dəniz döyüşləri böyüyür: Ukrayna tankeri belə vuruldu - VİDEO
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə
-
MDB11:30Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
































