Dünya
12 Avropa ölkəsində ölümlərin səbəbi xərçəng oldu
Bəşər övladı hələ də bu qorxunc xəstəliklə mübarizədə uğurlu nəticə əldə edə bilməyib. Hal-hazırda Avropanın 12 ölkəsində bu xəstəlik ölümlərin əsas səbəbi olaraq təsdiq edilib. Bu ölkələrə Belçika, Danimarka, Fransa, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Sloveniya, İspaniya, Böyük Britaniya, Norveç və İsraildaxildir. Daha əvvəllər isə əsas səbəb ürək-damar xəstəlikləri idi. Lakin həmin sahədə yeni kəşflər xəstəliyin müalicəsində xeyli irəliləyişə gətirib çıxardı və nəticədə ölənlərin sayı ilbəil azaldı.
Buna baxmayaraq, Şərqi Avropada hələ də ölümlərin əsas səbəbi ürək-damar xəstəliklərindən baş verir. Danimarka və İsraildə də qadınlar xərçəngdən daha çox, ürək-damar xəstəlikləri ucbatından vəfat edir. Hesabatlar göstərir ki, 53 Avropa ölkəsində ürək-damar xəstəliklərinə görə hər il 4 milyondan artıq insan tələf olur. Bu isə ümumi ölüm sayının 43 faizi deməkdir.
Fransada xərçəngdən ölənlərin sayı kişilər arasında olmaqla, 2011-ci ildə ən yüksək həddə çatdı. Həmin ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 64 659 nəfər olduğu halda, xərçəngdən ölənlərin satı 92 375-ə qədər yüksəldi. İspaniyada bu rəqəm ürək-damar xəstəlikləri üçün 67 711, xərçəng üçün isə 53 487 idi. (2013-cü il)
Hal-hazırda bütün bu xəstəliklərin qarşısını almaq üçün səhiyyə sahəsində böyük işlər aparılır. Dünyanı cəmdəyinə alan xərçəng xəstəliyinin növbəti 10 ildə əlacının tapılacağı iddiaları da edilməkdədir.
pahoo.az
-
Region01:41“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama

































