Dünya
Ermənistanla Tayvan arasında diplomatik QALMAQAL
Tayvan hökuməti 78 vətəndaşın Çinə deportasiya edilməsi ilə əlaqədar Ermənistana sərt etiraz edib.
Bu barədə Tayvanın beynəlxalq radiosu məlumat yayıb.
Bildirilib ki, Ermənistan hakimiyyəti Tayvan tərəfinə bu ölkənin
vətəndaşlarının saxlanılması ilə bağlı insidentin təfərrüatlarını
açıqlamaqdan imtina edib. Bundan əlavə Ermənistan rəhbərliyi
Moskvadakı Tayvan nümayəndəliyinin əməkdaşlarını ölkəyə
buraxmayıb.
Ermənistanın bu addımı qarşı tərəfin etirazına səbəb olub.
Qeyd edək ki, Ermənistanın hüquq-mühafizə orqanları
kommunikasiyalar sahəsində dələduzluqda şübhəli bilinən 129 Çin
vətəndaşı, o cümlədən 78 Tayvan vətəndaşını Çinə deportasiya
edib.
Şübhəli şəxslər avqustun 20-də yerli polisin keçirdiyi reydlər
nəticəsində saxlanılıb. Axtarışlar zamanı polislər müxtəlif
avadanlıq, o cümlədən çox sayda kompüter və smartfon aşkar
edib.
Bildirilib ki, dələduzlar özlərini hüquq-mühafizə xidmətlərinin
əməkdaşları kimi təqdim edib və Çin sakinlərindən telefon zəngləri
vasitəsilə pul alıblar.
Onlar ümumi dəyəri 1,2 mln. dollar olan 50 dələduzluq halında şübhəli bilinirlər. (AzVision.az)
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO



































