Trampdan təklif: "Onu tərksilah edin"
Bizi izləyin

Dünya

Trampdan təklif: "Onu tərksilah edin"

Trampdan təklif: "Onu tərksilah edin"

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp demokrat rəqibi Hillari Klintonun mühafizəsini tərksilah etməyi təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu haqda Mayamidə seçiciləri qarşısında çıxışı zamanı deyib.

“Düşünürəm ki, onun mühafizəçilərindəki bütün silahlar toplanmalıdır. Onların silahlarını götürün, Klintona silah lazım deyil. Silahları götürün, ondan sonra nə olacağına baxın. Bu, çox təhlükəli olacaq”, - respublikaçı namizəd bildirib.

Tramp deyib ki, Klinton prezident seçiləcəyi halda ABŞ Konstitusiyasına ikinci düzəliş təhlükə altında qalacaq. Bu düzəliş vətəndaşlara silah daşımaq hüququ verir. Klinton silahın daşınmasına məhdudiyyətləri tətbiq etmək istəyir. Eyni zamanda Klinton əmin edir ki, o, heç bir halda ikinci düzəlişə qarşı deyil.

Xatırladaq ki, indiki prezident Barak Obama da dəfələrlə silah daşınmasına məhdudiyyətləri tətbiq etməyə cəhd edib. Lakin Konqresdəki silah lobbiçiləri buna mane olub.

Qeyd edək ki, Klinton və Trampı hökumətin xüsusi orqanı olan ABŞ Məxfi xidmətinin agentləri qoruyurlar. Qurum prezident və ən yüksək vəzifəli şəxslərin, o cümlədən prezidentliyə namizədlərin təhlükəsizliyinin təmin olunmasına cavabdehdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm