Gülnarə Kərimovanın “Coca Cola” zavodu müsadirə olundu
Bizi izləyin

Dünya

Gülnarə Kərimovanın “Coca Cola” zavodu müsadirə olundu

Gülnarə Kərimovanın “Coca Cola” zavodu müsadirə olundu

Özbəkistanda prezident İslam Kərimovun hazırda ev dustağı olan qızı Gülnarə Kərimovaya məxsus olan şirkətlər, zavodlar və daşınmaz əmlak milliləşdirilir.

Virtualaz.org saytı Orta Asiya mənbələrinə istinadən xəbər verir ki, Özbəkistan hökumətinin qərarı ilə G.Kərimovaya məxsus olduğu bildirilən “Coca Cola İchimligi Uzbekiston” zavodu milliləşdirilib və Dövlət Əmlakı Komitəsinin balansına verilib.

Özbəkistan hüquq-mühafizə orqanları G.Kərimovaya məxsus onlarla daşınmaz əmlakın, butiklərin, binaların və restoranların da milliləşdirilməsi üçün sənədləri hazırlayır.

Xatırladaq ki, G.Kərimova bu ilin fevral ayında atasının mühafizəçiləri tərəfindən döyülərək ev dustağı edilib. O, hazırda qızı ilə birlikdə Daşkənddəki mənzillərin birində saxlanılır və ətraf aləmlə əlaqəsi kəsilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm