Dünya
Klintona “Oktyabr sürprizi” - Yarış yenidən başladı
ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və rəqibi respublikaçı Donald Trampın reytinqi arasındakı fərq seçkilərə bir neçə gün qalmış aradan qalxıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Washinton Post” qəzeti və ABC telekanalının keçirdiyi sorğuya görə, Tramp 46 faizlə Klintonu keçib.
Rəyi soruşulanların 45 faizi isə keçmiş dövlət katibini dəstəklədiyini bildirib.
Həftələr əvvəl keçirilən rəy sorğularına görə, Klinton respublikaçı namizədi 12 faiz qabaqlayırdı. Klinton və Tramp arasındakı reytinq fərqinin sürətlə irəliləməsi “Oktyabr sürprizi” hesab olunur.
Siyasi müşahidəçilər hesab edirlər ki, “Oktyabr sürprizi” Federal Təhqiqatlar Bürosunun (FTB) “Elektron poçt” işi üzrə istintaqı yeniləməsi ilə bağlıdır. Klinton isə özündən əmin olduğunu və qorxmadığını bildirib. O, bütün gerçəklərinin tam və əksiksiz dərc olunmasını istəyib. Lakin görünür, bu əminlik ona olan dəstəyin azalmasının qarşısını ala bilməyib.
Xatırladaq ki, Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. O, cari ilin iyulun 2-də FTB müstəntiqləri tərəfindən 3,5 saat dindirilib.
Klintonun sözlərinə görə, FTB iyul ayında əldə edilən nəticəni dəyişdirə bilməyəcək. FTB-nin direktoru Ceyms Komi iyul ayında verdiyi açıqlamasında bildirmişdi ki, Kinton dövlət katibi olduğu dövrdə dövlətə aid gizli məlumatların yer aldığı yazışmalar üçün şəxsi “e-poçt” hesabından istifadə etsə də, bu onun mühakimə olunmasını tələb edəcək bir vəziyyət yaratmır.
Respublikaçılar Partiyası isə Klintonun seçkilərdən kənarlaşdırılmasını tələb edib. Respublikaçılar hesab edirlər ki, şəxsi server Hillari Klintonun korrupsiya sxemləri üzrə yazışmalar üçün istifadə edilib. Bildirilir ki, yalnız bu fakt istənilən prezidentliyə namizədin diskvalifikasiyası üçün səbəb olmalıdır.
Ömər Dağlı
-
Maraq dünyası09:48Zəngin olacaq 3 bürc
-
MDB09:06Daha bir məktəbdə insident: Şagird müəllimə bıçaqla hücum etdi
-
Hadisə08:24Bakıda ev çökdü: Xəsarət alan var - Video
-
Sosial07:15Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
-
İnanc06:46Həcc ziyarəti ilə bağlı vacib açıqlama
-
Cənubi Qafqaz05:15Paşinyanın daha bir videosu olay oldu
-
Magazin203:44Keremcem də bu seriala çəkilir - Foto
-
Dünya02:19İsrail Tehrandakı SEPAH qərargahını vurdu



































