“Vaşinqton qırğısı” dünyaya dəhşət gətirəcək: Ölümündən üç həftə əvvəl...
Bizi izləyin

Dünya

“Vaşinqton qırğısı” dünyaya dəhşət gətirəcək: Ölümündən üç həftə əvvəl...

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın rəqibi demokrat Hilları Klintona qarşı apardığı kampaniyanın əsas tezislərdən biri də “III Dünya Müharibəsi”dir.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın rəqibi demokrat Hilları Klintona qarşı apardığı kampaniyanın əsas tezislərdən biri də “III Dünya Müharibəsi”dir. Respublikaçı milyarder hesab edir ki, keçmiş dövlət katibi seçiləcəyi halda, üçüncü dünya müharibəsi baş verəcək.

Publika.az xəbər verir ki, Rusiyanın “Ulduz” telekanalının efirində gedən “Xüsusi maddə” tok-şouda da Klintonun mümkün prezidentliyi haqqında fikirlər səslənib.

Jurnalist Vladimir Pozner çıxışında dövlət başçılarının şəxsi münasibətlərinin böyük önəm daşıdığını söyləyib.

“Otuz il əvvəl Ronald Reyqan və Mixail Qorbaçov Reykyavikdə görüşdülər. Onlar bir-birinin xoşuna gəldilər və ən əhəmiyyətli məsələləri həll etməyi bacardılar. Əslində, “soyuq müharibə”yə son qoydular. Şəxsi münasibətlər çox əhəmiyyətli idi. Əgər bugünkü vəziyyətdən danışsaq, Hillari Klinton və Vladimir Putinin arasında münasibətlər yaxşı deyil. Klinton bütün seçkiqabağı kampaniyası dövründə Putin haqqında son dərəcə xoşagəlməz, hətta deyərdim ki, təhqiramiz sözlər işlədib”, - Pozner bildirib.

O, vurğulayıb ki, Klinton qələbə qazanacağı halda, konstruktiv dialoq əməkdaşlığın təkvariantı olaraq qalacaq: “Dövlət başçıları şəxsi qərəzin öhdəsindən gəlməlidir. Əgər bu cür dialoq olmasa, Rusiya və ABŞ-ın münasibətləri daha mürəkkəb olacaq. Bu iki insan danışmalıdır. Onlar yalnız öz xalqları deyil, həm də bütün dünya qarşısında böyük məsuliyyət daşıyırlar. ABŞ və Rusiya ən güclü iki nüvə dövlətidir. Onlar masa arxasında oturmaq üsulunu tapmalıdır. Mən ümid edirəm ki, onlar bacaracaqlar”.

Gözləntilərə görə, amerikalılar Rusiyanı “qorxunc” hesab edən Klintondan radikal hərəkətlər gözləyəcək. Klinton hesab edir ki, Putini nəyin bahasına olursa-olsun, “SSRİ-in yenidən birləşdirilməsinə buraxmamaq” lazımdır. “Politonline.ru” saytı ilə söhbətində Respublikaçılar Partiyasının yüksəkvəzifəli nümayəndəsi deyib ki, bu yanama üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.

Yüksək vəzifəli respublikaçının fikrincə, Klinton MDB-də “narıncı inqilablar” dəstəkləyərək qarşıdurma yaradacaq. O, qeyd edir ki, keçmiş dövlət katibi həmçinin Ukraynaya silah verər, bu ölkəyə NATO kontingentinin daxil edilməsinə təkid edər, məhkəmə və istintaqsız Rusiya biznesinin aktivlərini dondurardı.

Amerikalı siyasətçinin sözlərinə görə, bu, xanım Klintonun xarici siyasət ritorikasında aydın görünür. “O, “Vaşinqton qırğısı”dır, eynilə müharibənin Ağ Evdəki lobbisi kimi”, - respublikaçı bildirib.

“Die Welt” nəşrinin yazdığına görə, ədəbiyyat üzrə Nobel mükafatçısı Hünter Qrass ölümündən üç həftə əvvəl üçüncü dünya müharibəsi təhlükəsi haqqında xəbərdarlıq edirdi. Bundan başqa, “Foreign Policy” və CWM-nin beynəlxalq münasibətlər üzrə 1395 Amerika eksperti arasında sorğu keçirib. Politoloqların əksəriyyəti hesab edir ki, üçüncü dünya müharibəsi ABŞ və Rusiya arasında baş verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm