“Həbs olunsam, Ərdoğan...” – 5 ay əvvəl hazırlanan XAOS PLANI
Bizi izləyin

Dünya

“Həbs olunsam, Ərdoğan...” – 5 ay əvvəl hazırlanan XAOS PLANI

Türkiyədə HDP həmsədrləri və millət vəkillərinin həbsindən sonra Ankara, İstanbul və Antalyada etirazlar başlayıb.

Türkiyədə HDP həmsədrləri və millət vəkillərinin həbsindən sonra Ankara, İstanbul və Antalyada etirazlar başlayıb.

Publika.az
xəbər verir ki, Ankarada polis qanunsuz etiraza çıxanlara müdaxilə edib. Nəticədə, qarşıdurma yaranıb. Bis neçə şəxs saxlanılıb.

İstanbulda həbslərə etiraz olaraq, HDP-nin 100-ə qədər tərəfdarı küçəyə çıxıb. Polis toplaşanları dağıdıb. 3 nəfər saxlanılıb.

Eyni etirazlar Antalyada da olub. Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar dağılışmayıblar. Daha sonra polis müdaxilə edib, 5 nəfər saxlanılıb. Saxlanılanlardan biri HDP-nin əyalət şöbəsinin rəhbəri İhsan Nərgizdir. Etiraz edənlər HDP-nin qərargahına toplaşıblar. Polis əməkdaşları qərargahın ətrafında təhlükəsizlik tədbirlərini artırıb.

Qeyd edək ki, dünən gecə keçirilən əməliyyat nəticəsində HDP-nin həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 millət vəkili terrora dəstək ittihamı ilə həbs olunub.

Baş verən hadisələr fonunda S.Dəmirtaşın millət vəkillərinin toxunulmazlığının ləğvindən iki gün öncə - mayın 18-də dediyi sözlər gündəmə gəlir.

Həmin vaxt İngiltərənin “Guardian” qəzetinə müsahibə verən Demirta. Ərdoğanı təhdid etmişdi: “Ərdoğan məni həbsdən çıxarmaq üçün hər şeyi edəcək. Bilirəm ki, həbsdə ikən daha təsirli olacağam. Ərdoğan məni həbs etdirdiyinə peşman olacaq”.

Ehtimallara görə, Dəmirtaş hazırda üç böyük şəhərdə - Ankara, İstanbul və Antalyada keçirilən etirazların siqnalını hələ beş ay əvvəldən veribmiş. Etirazlar Türkiyədə xaos yaratmaq cəhdlərinin bir parçası olaraq qiymətləndirilir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm