Dünya
Saakaşvili məxfi təklifi açıqladı: “Poroşenko mənə...”
Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə “Pyotr Poroşenkonun Bloku” partiyasının lideri və ölkənin baş naziri olmağı təklif edirdi.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda Gürcüstanın sabiq prezidentinin özü bildirib.
Lakin Saakaşvili bu postlardan imtina edib. Saakaşvilinin sözlərinə görə, Pyotr Poroşenko “Pyotr Poroşenkonun Bloku”nun başçısının müavini Aleksey Qonçarenkonun arxasınca qaçmaq və ondan qanunlara səs verməyi xahiş etmək istəmirdi.
Xatırladaq ki, hələ ötən ilin sentyabrında Ukrayna sakinləri Poroşenkodan baş nazir postuna Saakaşvilini təyin etməyi xahiş edirdilər. Həmin vaxt bu postu Arseniy Yasenyuk tuturdu.
Ömər Dağlı
-
Dünya13:24CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə
-
MDB11:10Paşinyan bu dəfə Moskvada velosiped sürdü - VİDEO
-
MDB10:50Məşhur ekstrasensin 2026-cı il proqnozu: Rusiyada görün nə baş verəcək
-
İdman10:44Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
-
Köşə09:12Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır



































