Dünya
ABŞ çıxılmaz duruma düşdü - Gülən Türkiyəyə verilir (YENİLƏNDİ)
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verməsi prosesinin başlanğıcıdır”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Xarici Əlaqələr Komitəsinin sədri Mehmet Tozlu bildirib.

M.Tozlu deyib ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi rəsmi Moskva ilə Ankara arasında münasibətləri pozmağa hədəflənən təşəbbüsdür:
“Bu hadisənin əhəmiyyətli tərəfi odur ki, ABŞ nəhayət “FETÖ” rəhbəri Fətullah Güləni Türkiyəyə təhvil verəcək və bu proses sürətlənəcək. Bu səbəbdən də Rusiyadan olan deputatlar bu gün keçiriləcək toplantını təxirə salmayacaqlarını elan ediblər. Görünən odur ki, “FETÖ” beynəlxalq terror təşkilatıdır və səfiri qətlə yetirməklə dünyada gedən prosesləri dəyişdirməyə çalışır. Bu hadisə ABŞ-ın regiondakı nüfuzuna zərər vurmaq baxımından da ciddi əhəmiyyət kəsb edir. Hadisəyə düzgün qiymət verməmək ABŞ-ın strateji hədəflərini və maraqlarını hər an zədələyə bilər”.
M.Tozlu əlavə edib ki, Rusiya, İran və Türkiyə parlament üzvlərinin birgə toplantısının dünya üçün əhəmiyyəti indidən özünün göstərir.
***
Bu gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edən Mövlud Mert Altıntaşla bağlı şok bir iddia irəli sürülüb.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, polis məmuru olduğu deyilən Mövlüd Mert Altıntaşla bağlı araşdırmalar başlanıb.
Araşdırmalar nəticəsində onun Fethullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsinin olduğuna dair güclü dəlillər tapılıb. 1994-cü il təvəllüdlü Mövlüd Mert Altıntaşın iyulun 15-də hərbi çevrilişə cəhd zamanı etdikləri diqqət çəkib.
Məlumata görə, çevriliş cəhdi barədə xəbərdar olan polis məmuru çevriliş cəhdindən əvvəl iki günlük icazə alıb.
Ömər Dağlı
Vasif Həsənli
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
-
Səhiyyə14 Mart 20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto


































