İdman
“Bavariya” səfərdə “Bayer Leverkuzen” ilə heç-heçə etdi
Bundesliqanın 26-cı turunun mərkəzi qarşılaşmasında “Bavariya” səfərdə “Bayer Leverkuzen” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı matçın 6-cı dəqiqəsində ev sahiblərinin heyətində Aleiks Qarsia açsa da, 69-cu dəqiqədə “Bavariya”nın hücumçusu Luis Dias bərabərlik qolunu vurub. Qarşılaşmada münxenlilərin heyətində Nikolas Cekson 42-ci, Luis Dias isə 69-cu dəqiqədə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
Turun digər görüşlərində Münxen təmsilçisinin ən yaxın izləyicisi “Borussiya Dortmund” öz meydanında “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Aytraxt Frankfurt” ev oyununda “Haydenhaym”a minimal hesabla qalib gəlib – 1:0. “Hoffenhaym” öz meydanında “Volfsburq” ilə heç-heçə edib – 1:1. Günün sonuncu görüşündə “Hamburq” və “Köln” komandaları qarşılaşır.
Qeyd edək ki, turun açılış matçında “Borussiya Mönxenqladbax” öz meydanında “St. Pauli”yə qalib gəlib – 2:0.
Bundesliqanın 26-cı turuna bazar günü keçiriləcək “Verder Bremen”-“Maynts”, “Frayburq”–“Union Berlin” və “Ştutqart”-“Leyptsiq” oyunları ilə yekun vurulacaq.
Hazırda Bundesliqaya 67 xalla “Bavariya” liderlik edir. “Borussiya Dortmund” 58 xalla ikinci, “Hoffenhaym” isə 50 xalla üçüncü sırada qərarlaşıb.
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO



























.png)


.jpg)




