Dünya
“Gülən hərəkatı dağdakı terrorçudan daha təhlükəlidir”
Vəzifədə ikən məsuliyyətə cəlb edilən ilk hakim - Xüsusi Səlahiyyətli Məhkəmənin (XSM) sədri Asim Qorqud Gülən hərəkatının bütün həqiqətlərini danışıb.
“Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş XSM sədri Asim Qorqud vəzifədə ikən ətrafındakılarının ona tez-tez “səni məhv edərlər” xəbərdarlığının edildiyini bildirib. Qorqud həmçinin “Artıq gülən hərəkatının kitabı bağlandı. Türkiyənin qarşısındakı bu böyük problemin həll edilməsi üçün hər kəs cəsur olsun. Əlindəki sənəd, sübutu olanlar hüquq-mühafizə orqanlarına çatdırsın” deyə qeyd edib:
“Onlara müxalif olan hər kəsi həbs edirlər. Bunu eləmək üçün sadəcə saxta şikayət hazırlayırdılar. Bir çox sənəddəki ad isə şərtidir. Bunlar “ kriminal şəbəkə” qurublar deyə iddia edirdilər.
Dağdakı terrorçudan daha təhlükəlidirlər
Mənim yanıma cinayət işi ilə gəlirdilər. Sübut olmadan həbs etməyimi istəyirdilər. Məni isə hüquqi sübut istəyirdim. Onlar da daha əvvəl həbs olunan şəxslərin azad edilməməsini istəyirdilər. Mən də dəyərləndirəcəyimi deyib yola verirdim. Ədliyyədə gülənçilər var. Polisə, hakimə və prokurora xüsusi avtomobillər təsis edib, qonaqlığa aparırdılar. Bunlar dağdakı terrorçudan daha təhlükəlidir”.
Vüsal Tağı
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...