Dünya
15 iyul hadisələrinin qəhrəmanı istefaya göndərilir – Güllə FOTOLARI YAYILDI
"15 iyul qiyama cəhd hadisələrinin qəhrəmanı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar bu ilin avqust ayında istefaya göndəriləcək”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzetinin tanınmış yazarı Can Ataklı məqalə ilə çıxış edib.
Jurnalist yazır ki, bu günlərdə Hulusi Akarın sabiq prezident Abdullah Gül və tanınmış jurnalist Fehmi Koru ilə bir yerdə çəkilən fotoları ictimaiyyətə yayılıb.
Can Ataklı iddia edir ki, Türkiyədə adı ana müxalifət partiyasının liderliyinə əsas namizədlər arasında hallanan Abdullah Gülün Baş Qərargah rəisi Hulusi Akarla bir yerdə çəkilmiş fotosunun qəfil Prezident Sarayına ötürülməsi təsadüfi hal deyil: “Böyük ehtimalla, həmin fotolar məqsədli şəkildə prezident Rəcəb Tayyib Ərdoğanın sarayına ötürülüb. Məqsəd Hulisi Akarı Ərdoğanın gözündən salmaqdır. Çünki həmin fotolar illər əvvəl çəkilib və Hulisi Akarla Abdullah Gül həmin illərdən dostdurlar. Böyük ehtimalla Hulisi Akar bu ilin avqust ayında istefaya göndəriləcək”.
Vasif Həsənli
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi


















.jpg)


















