Stadionlar havaya uçurulmalı və... - İstanbula qarşı QANLI PLAN
Bizi izləyin

Dünya

Stadionlar havaya uçurulmalı və... - İstanbula qarşı QANLI PLAN

PKK-nın genişmiqyaslı terror aktları planlaşdırdığı məlum olub.

PKK terror təşkilatının Türkiyənin İstanbul şəhərində genişmiqyaslı terror aktları planlaşdırdığı məlum olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə PKK-ya qarşı həyata keçirilən əməliyyatda tutularaq həbs olunan 5 terrorçu ilə əlaqədar hazırlanan iddianamədə deyilir.

İddianaməyə görə, onlar stadionlarda çevik polis güclərinə qarşı, həmçinin Yavuz Sultan Səlim körpüsündə terror aktları törətməyə hazırlaşırdı. Terrorçulardan “Kasımpaşa Rəcəb Tayyib Ərdoğan”, “Şükrü Saraçoğlu” və “Türk Telekom” stadionları ətrafında xidmət göstərən çevik polislərlə bağlı kəşfiyyat apararkən çəkilən fotoşəkillər götürülüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm