Dünya
“Onlar ora döşəməni süpürməyə gəlməmişdilər” - ABŞ Putini necə ALDATDI?
“Avropa və ABŞ 2014-cü ildə Ukraynada dövlət çevrilişini dəstəklədilər”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.
Putinin sözlərinə görə, ukraynalılar ümid edirdilər ki, Avropa İttifaqının standartlarına istənilən formada birləşmə onları 1990-cı illərdən başlayan və bu günə qədər davam edən alçaldıcı vəziyyətdən xilas edəcək.
Kreml lideri Ukrayna prezidenti Viktor Yanukoviçin Kiyevdən qaçdığı barədə Amerika KİV-inin xəbərlərini xatırladıb. Rusiya dövlət başçısının sözlərinə görə, belə versiyalar dövlət çevrilişinin dəstəyinə bəraət qazandırmağa xidmət edirdi.
“Ona yalnız daxili siyasi tədbirlərə görə ölkənin böyüklüyünə görə ikinci şəhərinə getmək lazım idi. Və silahlı insanlar prezidentin iqamətgahını tutdular. Əgər ABŞ-da Ağ Evi tutsaydılar, bu necə adlanardı? Dövlət çevrilişi və ya? Və ya, düşünürsünüz ki, onlar ora döşəməni süpürmək üçün gəldilər. KİV-in inhisar hüququndan istifadə edərək hər şey təhrif etmək və milyonlarla insanı aldatmaq olar. Amma yekunda düşünürəm ki, obyektiv müşahidəçi üçün hər şey aydındır”, - Putin deyib.
Rusiya prezidenti həmçinin bildirib ki, Qərb Moskvadan Yanukoviçə təsir etməyi xahiş edirdi: “Xahiş ondan ibarət idi ki, Rusiya hakimiyyəti Ukrayna rəhbərliyini nümayişçilərə qarşı qoşunlardan istifadə etməməyə inandırsın. Bizə deyilmişdi: “Yanukoviçin Silahlı Qüvvələrdən istifadəsinə imkan verməməsini xahiş edirik. Amma, biz söz veririk ki, müxalifətin meydanları və inzibati binaları azad etməsi üçün hər şeyi edəcəyik”. Bu, yaxşı təklif idi, ancaq Yanukoviçin özü də gücdən istifadə etməyi planlaşdırmırdı. O dedi ki, mən insanlara qarşı silahdan istifadə edən başqalarını təmsil etmirəm. Bunlar snayperlər idi”, - dövlət başçısı vurğulayıb.
Putinin sözlərinə görə, Amerika kəşfiyyatı Ukraynada baş verəmləri diqqətlə izləyirdi.
“Sadəcə, hadisələrin necə inkişaf etdiyinə baxmaq lazımdır. Viktor Yanukoviç bildirdi ki, Avropa İttifaqı ilə iqtisadi assosiasiya haqqında sazişin imzalanması təxirə salınmalıdır. Dərhal kütləvi qarışıqlıqlar başlandı”, - Rusiya lideri deyib.
Prezident həmçinin qeyd edib ki, vəziyyətin kəskinləşməsi zamanı amerikalı həmkarı Barak Obama ilə daim əlaqə saxlayırdı. Stoun Putindən razılığa gəlməyə müvəffəq olub-olmadığını soruşub. Putin “yox” cavabı verib: “Bizdə Ukrayna böhranı və onun səbəbləri haqqında müxtəliflər qiymətləndirmələr var idi”.
Putin rus və Ukrayna xalqlarının yaxın qohumlar olduğunu dilə gətirib.
“Ukrayna ilə bizi min bağ bağlayır. Mən dərindən əminəm ki, Ukrayna və rus xalqı sadəcə yaxın qohumlardır”, - prezident söyləyib.
Onun sözlərinə görə, Ukraynada vəziyyət gec-tez dəyişəcək.
Ömər Dağlı
-
Avropa05:45Orta əsrə aid qala qülləsi uçdu
-
Magazin204:1444 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı - Foto
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
































