Dünya
Korrupsioner məmurların xüsusi reyestri yaradıldı
Rusiyada prezident Vladimir Putin korrupsiya əməllərinə yol verdiyinə görə etibarını itirən və işdən azad olunan məmurların, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının və hərbçilərin xüsusi reyestrinin yaradılması haqda qanunu imzalayıb.
Publika.az virtualaz.org-a istinadən bildirir ki, qanuna əsasən korrupsiyaya yol vermiş məmurların xüsusi siyahısı yaradılacaq, həmin siyahıda onların barəsində məlumatlar və yol verdikləri korrupsiya əməllərinə dair faktlar əksini tapacaq. Bu, keçmiş sovet respublikaları arasında korrupsionerlərin xüsusi reyestrinin yaradılmasına dair ilk praktikadır.
Qanuna əsasən müstəsna hallarda dövlət sirri təşkil edən məlumatlar reyestrə daxil edilməyəcək. Reyestrə prokurorluq orqanlarının, İstintaq Komitəsinin, DİN-in, gömrük orqanlarının, dövlət mülki və bələdiyyə xidmətçilərinin, dövlət vəzifəsi tutanların, Mərkəzi Bankın, dövlət korporasiyalarının vəzifəli şəxslərinin, Pensiya Fondunun və digər strukturların işdən azad edilmiş əməkdaşları daxil olacaq. Həmin reyestrdə adları yer alanlar dövlət orqanlarında təzədən işə götürülməyəcəklər.

Qanunda göstərilir ki, korrupsiyaya görə işdən azad edilənlərin adlarının reyestrə daxil edilməsi onların işlədikləri strukturun vəzifəsidir. Reyestr dövlət informasiya sistemində yerləşdiriləcək və internetdə açıq olacaq. Qanun iyunun 28-də Federasiya Şurasından keçib. Putin qanunun qüvvəyə minməsi barədə sərəncamı iyulun 1-də imzalayıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, Rusiyada bloqqer-müxalifət lideri, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı baş nazir Dmitri Medvedyevin barəsində korrupsiya dosyesi hazırlayıb. Daha sonra Navalnı korrupsiyaya qarşı iki dəfə izdihamlı ümumrusiya mitinqləri təşkil edib. Bu, son illərdə Rusiyada qeydə alınmış ən irimiqyaslı etiraz aksiyaları idi.
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO













.jpg)























