Dünya
Düşməni məhv edəcək genişmiqyaslı hücuma 2 GÜN QALDI: ordu ƏMR GÖZLƏYİR - - VİDEO
Türkiyə PYD/YPG-nin (PKK-nın Suriya qolu - red.)
əlindəki Afrin kantonuna toplarla zərbələr endirməkdə davam
edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki,
Türkiyənin genişmiqyaslı hücum planını başlamasına sayılı günlərin
qaldığını açıqlayıb.
Böyük hücuma hazırlıq
Strateji araşdırmalar üzrə mütəxəssis, təqaüddə olan general Naim
Babüroğlu bildirib ki, PKK-nın Suriya qolu YPG 2012-ci ildə Afrini
işğal edərək, kanton elan etdi: “2016-cı ildə isə Münbiçi də işğal
etdilər. Afrinin özəlliyi budur ki, bura həm Kilis, həm də Hatay
sərhədimizdə yerləşir. Amanos dağlarında hücumlar həyata keçirən
PKK-nın ən çox dəstək aldığı yer də Afrindir. Dolayısı ilə Afrində
YPG PKK-ya ciddi dəstək verir və bu da Türkiyə üçün böyük
təhdiddir. Bildiyimiz kimi, Suriyanın şimalında PKK dəhlizi planı
var. “Fərat qalxanı” əməliyyatı ilə bu dəhliz bölündü, lakin bu
dəhlizin hədəfində Münbiç və Afrin də var idi. Bu bölgələrdə
yerləşən ünsürlərə görə Türkiyə bu iki bölgəyə hücum edə bilmədi.
İndi isə ABŞ-ın YPG ilə birlikdə keçirmək istədiyi Rakka əməliyyatı
Türkiyə üçün fürsətdir. Hazırda növbə Fərat çayının qərbindəki
dəhlizin şərq bölgəsini sıradan çıxarmaqdır”.
Rusiya niyə Afrindən çəkilir?
N.Babüroğlunun fikrincə, Rusiya YPG-nin ABŞ-a çox yaxınlaşdığını
gördü.
“Bununla yanaşı, Rakkadan sonra ABŞ-YPG ittifaqının hədəfi Deyrezor
ola bilər. Deyrezor Rusiya ilə birlikdə Suriya ordusunun ələ
keçirmək istədiyi bölgədir. Bununla yanaşı, Rusiya ABŞ-ın “Suriya
kimyəvi silahdan istifadə edərsə, vuracağıq” təhdidlərinə görə
artıq Vaşinqtonun bölgədəki məqsədini tam şəkildə başa düşdü”, -
deyə o vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə böyük hücuma 4-5 iyul tarixində
Astanada keçiriləcək Suriya danışıqlarından sonra başlaya
bilər.
Qeyd edək ki, hazırda Türkiyə Suriya sərhədində çoxsaylı hərbi
texnika və ordu toplayıb. Son məlumatlara görə, 7 min xüsusi
təyinatlı qüvvə də bölgədidir.
Asif
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan






















.jpg)









