Uzaq Şərqdə həyəcan siqnalları: Müharibə hər an BAŞLAYA BİLƏR - VİDEO
Bizi izləyin

Dünya

Uzaq Şərqdə həyəcan siqnalları: Müharibə hər an BAŞLAYA BİLƏR - VİDEO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ölkənin qərbində yeni ballistik raket sınağını keçirməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Seul və Tokionun bəyanatlarına görə, raket təxminən 40 dəqiqə ərzində 930 kilometr məsafə qət edib.

Yaponiya raket sınağını təxribat olaraq qiymətləndirib və Pxenyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozduğunu açıqlayıb. Cənubi Koreyanın yeni dövlət başçısı Mun Çje İn isə Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

ABŞ prezidenti Donald Tramp da raket sınağını Tvitter hesabında tənqid edib.

“Bu adamların həyatlarında etdikləri daha yaxşı bir şey yoxdurmu? Cənubi Koreya və Yaponiyanın buna daha çox dözəcəyinə inanmaq çətindir. Bəlkə də, Çin Şimali Koreyaya təzyiq edər və bu mənasız hadisəyə son qoyular”, - prezident yazıb.

Tramp daha əvvəl isə Ağ Evdə Mun Çje İnlə görüşündən sonra təşkil etdiyi mətbuat konfransında Şimali Koreya rejiminə qarşı strateji səbr siyasətininin uğursuz olduğunu bildirmişdi.

Şimali Koreyanın hazırda hazırladığı raketlər ABŞ hərbi bazalarının da yerləşdiyi Cənubi Koreya və Yaponiyanı vurmaq gücünə sahibdir.

Cənubi Koreyanın “Renxap” agentliyi Pxenyanın buraxdığı ballistik raketin uçuş hündürlüyünün 2300 kilometr təşkil etdiyini yazıb. Yaponiyanın “Kiodo” agentliyi isə ölkənin Müdafiə Nazirliyinə iatinadən ballistik raketin uçuş hündürlüyünün 2500 kilometri keçdiyini xəbər verib.

Raketin “Xvanson-2” raketi kimi asma trayektoriya üzrə buraxıldığı təxmin edilir. “Xvanson-12”nin sınağı mayın 14-də həyata keçirilmişdi. Adıçəkilən raketin uçuş hündürlüyü 2111 kilometr, uçuş məsafəsi isə 787 kilometr təşkil edib. Şimali Koreya bununla da 2000 kilometr uçuş hündürlüyünə ilk dəfə nail olmuşdu.

Hərbiçilərin hesablamalarına görə, mayın 14-də buraxılmış raket adi trayektoriya üzrə uçsaydı, o təxminən 4000 kilometr məsafə qət edər və Guam, yaxud da Havay adalarına çata bilərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm