Dünya
Ağlayaraq xalqdan üzr istədi – Video
Cənubi Koreya prezidenti əsasən uşaqlardan ibarət olan, 300 nəfərin öldüyü bərə qəzasına görə bütün məsuliyyəti öz üzərinə götürərək, göz yaşları içində xalqdan üzr istədi.
“Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Park Qeun-Hye canlı yayımla bərə qəzasında ölənərin ailəsindən üzr istəyib. Nitqində göz yaşlarını saxlaya bilməyən Park “insanların həyatı və təhlükəsizliyindən məsuliyyət daşıdğım üçün prezident olaraq həlak olanların ailələrindən üzr istəyirəm. Gəzinti zamanı onları qoruya bilmədiyim üçün çox üzülürəm. Qəzada həlak olanlar üçün dua edirəm və ailələrinə başsağlığı verirəm” deyə qeyd edib.
Xatırladaq ki, 16 aprel tarixində baş verən gəmi faciəsində əsasən məktəb gəzintisinə çıxan şagirdlər olmaqla 476 nəfəri daşıyan “Sevol” adlı bərə hələ də məlum olmayan səbəblərdən dolayı batmışdı. Axtarışlar zamanı 286 nəfərin meyidi tapılıb. 18 nəfər itkin düşüb.
Ölkəni yasa boğan qəzaya gec müdaxilə edilməsi xalq arasında böyük hiddətə səbəb olub. Baş nazir Chung Honq-Von isə qəzadan 11gün sonra vəzifəsindən istefa verib.
Vüsal Tağı
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı