Dünya
Ankarada "15 iyul hadisələri"nin ildönümü ilə bağlı YÜRÜŞ
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü paytaxt Ankarada qeyd edilir.
Publika.az xəbər verir ki, bu gün Kızılay meydanından Türkiyə Böyük Millət Məclisinə Milli Birlik Yürüşü başlanıb.
Qeyd edək ki, saat 01.00 radələrində yürüş iştirakçılarının parlamentin mərasim meydanına daxil olmasının, saat 02.00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə parlament önündə aksiyanın başlaması planlaşdırılıb. Saat 02.35-də Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, baş nazir Binəli Yıldırım, parlament sədri İsmayıl Qəhrəman və R. T. Ərdoğan çıxış edəcəklər. Saat 03.10 radələrində Türkiyənin 81 rayonundan gənclərin gətirdikləri bayraqlar Türkiyə prezidentinə və parlament sədrinə təqdim ediləcək. Saat 03.50 radələrində Millət məscidində sabah namazı qılınacaq. Daha sonra Prezident Sarayında 15 iyul şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılışı olacaq, tədbirdə R. T. Ərdoğan çıxış edəcək.
Türkiyə üzrə demokratiyanın qorunması ilə bağlı aksiyalar 16 iyul saat 00.00-da başa çatacaq.
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı












.webp)







.jpg)














