Dünya
Ərdoğan ABŞ-a MEYDAN OXUDU: “Biz ora gələcəyik” - VİDEO
“Ortada çox açıq və dəqiq bir şey var. Sizin ya Türkiyə, ya İran, ya da Rusiya ilə hesabınız var”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.
“Afrindəki əməliyyatlar qərarlı şəkildə davam edəcək. İdliblə davam edəcəyik. “Nə zaman bitəcək” sualını verənlərdən soruşuram ki, siz Əfqanıstandakı əməliyyatları, İraqdakı əməliyyatları nə zaman bitirdiniz? 18 il oldu, hələ də oradasınız. Bizim Suriya ilə 911 kilometr sərhədimiz var. Bu günə qədər terrorçuların 700-dən çox hücumuna məruz qalmışıq, 100-dən artıq şəhidimiz var. Bunu Amerika eşidirmi, görürmü? Bizə çox şeyi doğru danışmadılar. Barak Obama doğru danışmadı. İndi Tramp da eyni yolu gedir. “Münbiçdən çıxacağıq” dedilər. İndi çıxın. Ora kimləri gətirdiniz? PYD-ni, YPG-ni, PKK-nı. Bunların Suriyanın şimalında nə işi var? Bunları Münbicdə yerləşdirirsiniz və bizə hələ də “Münbiçə gəlməyin” deyirsiniz. Biz Münbiçi əsl sahiblərinə təslim etmək için gələcəyik”.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır








.jpg)








.jpg)














.jpg)



