Dünya
Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN – Dünyanın kabusu olan TAKTİKA İŞƏ SALINIR
Türkiyənin Şırnak vilayətinin Silopi mahalında tutulan bir terrorçunun ifadəsi PKK terror təşkilatının Türkiyə ilə bağlı dəhşətli planı ortaya çıxıb.
Publika.az “Axşam” nəşrinə istinadən xəbər verir ki, İraq və Suriyada ağır zərbələr alan terror təşkilatı Türkiyədə sensasiyalı terror aktlarını törətməyi planlaşdırır.
Tutulan “Demot” kod adlı A.K. da Türkiyəyə məhz bunun üçün göndərilmişdi. İfadəsi alınan “Demot” PKK-nın “tək canavar”ı olduğu ortaya çıxıb. Məlum olub ki, ABŞ-ın nəzarəti altında Rakkadan çıxan İŞİD terrorçularının PKK/PYD terror təşkilatına “tək canavar” taktikası üzrə təlim veriblər. Məlumata görə, Türkiyənin kəşfiyyat qurumları təhlükəsizlik qurumlarını “tək canavar” taktikası üzrə xəbərdar edib.

İŞİD Suriya və İraqda əsas dayaq məntəqələrini itirdikdən sonra, müşahidəçilər qorxularını ifadə edirlər ki, qruplaşmanın döyüşçüləri dünyanın müxtəlif ölkələrinə yola düşərək fəaliyyətlərini davam etdirəcəklər. Bir çox məruzənin müəllifləri döyüşçülərin gəldikləri ölkələrə qayıdışı barədə xəbərdarlıq edirlər. Bildirilir ki, İŞİD-in ideologiyası yox olmayacaq və “yatan hüceyrələr” yaradılacaq. Onlar yeni terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlimatları gözləyəcəklər. Söhbət “tək canavar” taktikasından gedir.
“Tək canavar” taktikası artıq beynəlxalq cəmiyyət üçün dəhşətli yuxuya çevrilib. Hamı həmfikirdi ki, bu taktika fövqəladə təhlükəlidir və dövlətlərin təhlükəsizliyi və sabitliyi üçün böyük təhdiddir. Həqiqətən, “tək canavar” termini yeni minillikdə terror təşkilatları tərəfindən terror aktlarının həyata keçirilməsi üçün yeni taktika fonunda ortaya çıxıb. Bir neçə terror təşkilatı dünya ölkələrində “tək canavar” taktikasını işə sala bilər.

Rusiya 1848-ci ildən sonra “canavarlar”ın mənbəyi olan ən məşhur ölkələrdən biri olub. “Tək canavarlar” I Dünya müharibəsindən sonra müstəmləkəçiliyə qarşı azadlıq hərəkatının yaranması ilə ortaya çıxıb. Həmçinin 1960-cı illərin əvvəllərində sol hərəkatlar zamanı “tək canavarlar”ın rolunu qeyd etmək lazımdır.
“Tək canavarlar”ın təhlükəsi ondan ibarətdir ki, terror təşkilatları zorakılığı sevən insanların cəlb edilməsi üçün hər cür metodlardan istifadə edir. Onlar hər şeydən əvvəl sosial şəbəkələrin köməyi ilə cəlb edilirlər. Həmçinin”"tək canavarlar”ın elə tipi mövcuddur ki, hər hansı əlaqələrə malik olmadan terror aktları törədirlər. Kommunikasiya mexanizmləri onlar üçün əlçatan olmur, təşkilatın liderləri ilə əlaqə saxlamaq imkanlarına malik deyillər və xüsusi xidmət orqanları tərəfindən yaxalanmaması üçün sosial şəbəkələrdən istifadə etməyə qorxurlar. Onlar həmçinin məscidlərdə insanlarla ünsiyyət saxlamağa qorxurlar. Çünki hesab edirlər ki, onların əksəriyyət itəhlükəsizlik xidmətlərində işləyirlər.
Ömər Dağlı
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir




















.jpg)

.jpg)












