Dünya
“Rusiya ABŞ-ın havada üstün olmasına mane olur” - Pentaqondan ETİRAF
“Rusiyanın Yaxın Şərqdəki zenit-raket kompleksləri ABŞ-a havada üstün olmağa mane olur”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı, general Cozef Votel Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində bildirib.
Votelin təqdim etdiyi sənədə əsasən, ABŞ üçün ən böyük təhdidlər olan İran, Rusiya və Çin Vaşinqtonun lider mövqeyinə zərbə vura bilər.
“Regionda Rusiyanın zenit-raket komplekslərinin sayının artırılması bizim hava məkanında üstün olmaq imkanını təhlükə altına qoyur”, - məruzədə deyilir.
General Rusiyaya qarşı bir sıra ittihamlar irəli sürüb. Xüsusi halda, o iddia edib ki, Moskva Suriyada münaqişəni qızışdırır. Bundan başqa, Votel Rusiyanın Mərkəzi Asiyadakı təsiri ilə bağlı narazılığını ifadə edib. Onun sözlərinə görə, bu təsir Əfqanıstandakı NATO qoşunlarının təminat xətlərinə zərər vura bilər.
Ömər Dağlı
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı






















.jpg)










.jpg)

.jpg)