Dünya
Azərbaycana ciddi zərbələr hazırlanır – “Komandos”dan şok iddia
“Komandos” ləqəbli erməni generalı, Şuşanın işğalı əməliyyatına rəhbərlik edən Arkadi Ter-Tadevosyan “Azadlıq” radiosuna müsahibəsində şok bir iddia ilə çıxış edib.
Publika.az-ın verdiyi xəbərə görə, erməni general Azərbaycana hiss olunan zərbələrin hazırlandığı barədə onda məlumatın olduğunu bildirib.
Ter-Tadevosyan qeyd edib ki, Azərbaycan hazırda müharibəyə başlaya bilmir. O, bunu ilk növbədə enerji layihələri, həmçinin hərbi əməliyyatları arzulamayan İran və digər ölkələrin mövqeyi ilə izah edib. Bakının Qarabağ məsələsini öz xeyrinə həll etməyə çalışdığını deyən erməni general hesab edir ki, Ermənistanın zəifliyi haqqında təəssüratların yaranmaması üçün Azərbaycana cavab verilməlidir.
Erməni tərəfi hansı addımlar atmağa hazırlaşır? Siyasi müşahidəçi Naira Ayrumyan qeyd edir ki, Azərbaycanın ən zəif yeri enerji kommunikasiyalarıdır. Ancaq erməni ekspert həmçinin bildirir ki, enerji kommunikasiyalarına zərbə endirmək indiki dövrdə deyildiyi qədər asan məsələ deyil: “Dünyadakı son müharibələr də göstərdi ki, beynəlxalq kommunikasiyalara ehtiyatla yanaşılır. Məsələn, 2008-ci ilin avqustundakı beşgünlük Rusiya-Gürcüstan müharibəsi də bunu deməyə əsas verir. Azərbaycanın enerji kommunikasiyalarının zərər çəkməməsində, yəqin ki, Ermənistanın bəzi müttəfiqləri də maraqlıdır. Məhz Ermənistan qəti tələblə Azərbaycan və Türkiyənin cilovlanması üçün onlara müraciət etməlidir. Xüsusi halda NATO-ya, çünki Türkiyə onun üzvüdür. Təsüdüfi deyil ki, müdafiə naziri Seyran Oqanyan da Naxçıvandakı Azərbaycan ordusunda türk bölmələrinin olduğunu bildirdi. NATO üzvü olan Türkiyəyə təsiri göstərə bilər”.
N. Ayrumyan 2008-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin İrəvana səfərində bağlanmış müqavilə ilə Ermənistanın müdafiə hüququnu başqa dövlətə verildiyini xatırladır. Amma erməni müşahidəçisi qeyd edir ki, Rusiya keçən müddət ərzində Ermənistanın təhlükəsizliyinin zamini olmadığını sübut etmək üçün hər şey edib. O, dediklərinin sübutu olaraq bildirir ki, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Naxçıvanla sərhəddə baş verənlərə reaksiya verməyib.
“Rusiya həmçinin Naxçıvanda türk bölmələrinin mövcudluğu haqqında Seyran Oqanyanın bəyanatlarına reaksiya vermədi. Bu isə o deməkdir ki, Ermənistan 2008-ci il müqaviləsini təxirə salmaq, yeni müttəfiqlər axtarmaq hüququ qazanıb. Bu hüquq kommunikasiyalara “ciddi zərbə” vurmağa da imkan verəcək”, – N. Ayrumyan sonda bildirib.
Ömər Dağlı
-
Magazin204:1444 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı - Foto
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü

































