Dünya
Qanda narkotik maddə 2 dəqiqəyə təsbit ediləcək - YENİLİK
İnsan orqanizmində qanın tərkibində olan narkotik vasitələri müəyyən edən xüsusi nanoçiplər hazırlanıb.
Publika.az xəbər verir ki, sözügedən qurğu yalnız həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istifadə üçün nəzərdə tutulub. Buffalo Universitetindən olan bir qrup mütəxəssisin üzərində işlədiyi layihənin ilkin mərhələsi sona yetib.
Kiçik ölçüdə olan nanoçip qızıl tozu ilə örtülmüş gümüş lövhədən
ibarətdir. Çiplə kontakta girən müxtəlif maddələr işığın təsiri
vasitəsilə operativ analiz edilərək dərhal tədqiqatçının
kompüterinə göndərilir. Məsələn, nanoçipin köməyilə bir neçə gün
əvvəl narkotk vasitə qəbul etmiş şəxsin qanında onun qalıqlarını
aşkarlamaq mümkün olur. Qan ilə yanaşı, şəxsin tüpürcəyindən alınan
nümunə ilə də narkotik vasitənin miqdarı aşkarlana bilər. Yeni
cihaz sayəsində qanda narkotik maddələrin aşkarlanması üçün lazım
olan uzun laboratoriya prosedurlarına, sınaqlara ehtiyac
qalmır.
Mütəxəssislər nanoçipi polislər tərəfindən sürücülərin sərxoşluğunu
yoxlayan alkotester qurğusu ilə müqayisə edir. Onların sözlərinə
görə, nanoçip qanda narkotikin mövcudluğunu təxminən 2 dəqiqəyə
müəyyən etmək gücünə malikdir. Növbəti addım məhsulu sınaqdan
keçirərək onu kütləvi istehsala verməkdir. Nanoçipin müsbət
cəhətlərindən biri kimi onun maya dəyərinin az – 10 sent olması
qeyd olunur.
Könül Cəfərli
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...













.jpg)

















.jpg)
.jpg)

