Dünya
Argentina ermənilərin “Genosid muzeyi”nə yer ayırdı
Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin rəhbərliyi qondarma erməni soyqırımını əbədiləşdirəcək “Genosid müzeyi”nin tikilməsinə rəsmən yer ayırıb.
Aktual.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə,
mərasimdə şəhər şurasının rəhbəri Orasio Rodriqes Laretta, onun
insan haqları üzrə müavini Klaudio Avruj, Ermənistanın
Argentinadakı səfiri Vaaqn Melikyan və erməni icmasının üzvləri
iştirak ediblər.
İlk çıxış edən Laretta qondarma soyqırımı ilə əlaqədar ermənilərə
başsağlığı verib və əlavə edib ki, yaşananlara baxmayaraq, dostları
“genosid aktı”ndan daha güclü çıxıblar.
Erməni Milli Komitəsinin Cənubi Amerika şöbəsinin icraçı direktoru
Alfonso Tabakyan isə Türkiyə və Azərbyacanın ünvanına kəskin
fikirlər səsləndirib. Xatırladaq ki, muzey Nelida Bulqurcyanın
rəhbərlik etdiyi erməni “Genosid Fondu”nun maliyyə dəstəyi ilə
ərsəyə gələcək.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir