Dünya
Saakaşvili qaz kəmərinin partlayışında Putini ittiham etdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2005-ci ildə Gürcüstanda baş verən hadisələrlə Ukraynadakı qaz kəmərinin partlayışını müqayisə edib.
Publika.az-ın verdiyi xəbərə görə, “facebook” səhifəsində partlayışa münasibətini bildirən sabiq prezident Rusiya prezidenti Vladimir Putinin xəttinin dəyişmədiyini yazıb.
“Putinin xətti dəyişmir. 2005-ci ilin yanvarında Gürcüstanı Rusiya qazı ilə təmin edən kəmər, əsas elektrikötürücü xətti, həmçinin digər bir neçə yer “naməlum terrorçular tərəfindən” partladılmışdı. Gürcüstan rekord dərəcədə soyuq havada qaz və işıqsız qaldı”, - Saakaşvili qeyd edib.
M.Saakaşvili bu diversiya nəticəsində Rusiyanın tamamilə əks nəticə aldığını bildirib: “Putin istədiyini əldə edə bilmədi. Biz Gürcüstanın energetika sistemini yenidən qurduq və etibarsız qonşudan enerji asılılığına tezliklə son qoyduq”.
Xatırladaq ki, dünən Rusiya qazının Avropaya ixrac olunduğu
Urenqoy-Pomarı-Ujqorod tranzit qaz kəmərində partlayış baş verib.
Partlayış nəticəsində qazın tranzitində heç bir ciddi problem
yaranmayıb.
Ukrayna DİN-in əsas versiyasına görə, qaz kəmərindəki partlayışa səbəb terror aktı olub. “Partlayışla bağlı bir neçə versiya araşdırılır. Əsas versiya isə terror aktıdır. Yerli sakinlər iddia edir ki, yanğından əvvəl 2 güclü partlayış baş verib. Bu isə partlayışların qəsdən törədildiyinə ehtimal yaradır”, – deyə DİN rəhbəri Arsen Avakovun bəyanatında bildirilir.
Ömər Dağlı
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video
-
Maraq dünyası09:12İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir
-
Sağlamlıq09:00Pəhriz saxlamadan arıqlamağın iki sadə yolu




































