Dünya
Poroşenkonun “sülh planı” – Tam mətn
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqinə səfəri çərçivəsində dünən “sülh planı”nın son variantını təqdim edib.
Publika.az-ın verdiyi xəbərə görə, prezidentin mətbuat xidməti 15 bənddən ibarət planın tam mətnini açıqlayıb.
Həmin bəndlər aşağıdakılardır:
1. Danışıqların bütün iştirakçıları üçün təhlükəsizlik zəmanəti.
2. Ağır cinayətlərdə iştirak etməyən və təslim olanların cinayət məsuliyyətindən azad edilməsi.
3. Girovların azad edilməsi.
4. Rusiya-Ukrayna dövlət sərhədində 10 kilometrlik bufer zonanın yaradılması. Qanunsuz silahlı birləşmələrin çıxarılması.
5. Rusiya və Ukrayna muzdlularının çıxışı üçün zəmanətli dəhlizin yaradılması.
6. Silahsızlaşdırma.
7.Daxili İşlər Nazirliyinin nəzdində patrul xidmətinin həyata keçirilməsi üçün birgə bölmələrin yaradılması.
8. Donetsk və Luqansk vilayətlərində qanunsuz tutulan inzibati binaların azad edilməsi.
9. Yerli hakimiyyət orqanlarının fəaliyyətinin bərpa olunması.
10. Donetsk və Luqansk vilayətlərində teleradio yayımlarının bərpası.
11. Hakimiyyətin (icraiyyə komitələrinin seçilməsi, rus dilinin müdafiəsi, Konstitusiyaya dəyişikliklər layihəsi) demərkəzləşdirməsi.
12. Donetsk vilayətinin nümayəndələri ilə seçkilərə qədər qubernatorların razılaşdırılıması.
13. Növbədənkənar yerli və parlament seçkilərinin keçirilməsi.
14. Regionda iş yerlərinin yaradılması proqramının həyata keçirilməsi.
15. Sənaye və sosial infrastruktur obyektlərinin bərpa edilməsi.
Rusiya isə Poroşenkonun “sülh planı”na dərhal qarşı çıxıb. Rusiya prezidentinin mətbuat xidmətindən yayılan açıqlamada bildirilir ki, “sülh planı” əslində ultimatumdur. Açıqlamada əsas element olan danışıqlara başlamaq təklifinin olmadığı bildirilir.
Ömər Dağlı
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
-
Səhiyyə14 Mart 20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto
-
Magazin114 Mart 20:24Məşhur aktyorun sevgilisi yataqda pozalar verdi - Foto
































