Region
İran Hörmüz boğazından keçid şərtlərini açıqladı
“Hörmüz boğazı yalnız ABŞ, İsrail və onların müttəfiqləri üçün bağlıdır”.
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "MS Now" telekanalına müsahibəsində bildirib.
"Hörmüz boğazı açıqdır, o yalnız düşmənlərimizə, bizə və müttəfiqlərimizə hücum edənlərə məxsus olan tankerlər və gəmilər üçün bağlıdır", — deyə o qeyd edib.
Əraqçinin sözlərinə görə, İran "qana qan" prinsipini rəhbər tutaraq, ABŞ-ın zərbələrinə cavab olaraq Fars körfəzi ölkələrindəki obyektlərə hücum edir.
Bundan əvvəl İran hərbçilərinin Hörmüz boğazında bir gəmiyə zərbə endirdiyi məlum olmuşdu.
SEPAH komandanının müşaviri İbrahim Cabari qeyd edib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi yandırılacaq. O əlavə edib ki, İran, həmçinin zərurət yaranacağı təqdirdə Yaxın Şərqdəki bütün boru kəmərlərinə zərbələr endirməyə və regiondan neft ixracını bloklamağa hazırdır.
Hüseyn İbadlı
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi



































.jpg)
.jpg)