Dünya
Poroşenkonun açıqlaması
Ukrayna prezidenti Petro Poroşenko, Rusiya ilə davam
edən danışıqlarda hədəfin Ukraynada sülhün təmin edilməsi olduğunu,
ancaq Krımı öncə almadan münasibətlərin tam normallaşması mümkün
olmayacağını söylədi.
ANS PRESS-in məlumatına görə, Strasburqda Avropa Şurası Parlament
Məclisində (AKPM) danışan Poroşenko, "Krımı öncə almadan
əlaqələrimizin normallaşması mümkün deyil, ancaq biz sülh sevər
insanlarıq. Buna görə, Ukrayna rəhbərliyi və mən sülh planını
tətbiq etdik" dedi.
Poroşenko Fransa prezidenti Fransua Olland və Almaniya kansleri
Angela Merkellə görüşdükdən sonra Rusiya prezidenti Vladimir
Putinlə də telefonda danışdığını və sülh planını dəstəklədiyini
söylədi.
Kiyevin sözdən çox əməli işə keçdiyini deyən Poroşenko "Biz bu
istiqamətdə addımlar gözləyirik. Sərhəd təhlükəsizliyi artırılmalı,
qaçaq silah keçirilməsinə maneə törədilməlidir. Pullu əsgər
alışları dayandırılmalı və silahlı milislər geri çəkilməlidir"
çağırışını etdi.
Birtərəfli olaraq müstəqilliyini elan edən Donetsk və Lugansk
bölgələri nümayəndələrinin sülh planına maraq göstərdiklərini ifadə
edən Poroşenko, bir saat əvvəl müzakirələrə qatılacaqları
istiqamətində bir təsdiq aldığı məlumatını verdi.
Qeyd edək ki, Ukraynada 27 iyuna qədər elan edilən atəşkəsə yerli
milislər də dəstək vermişdi. Onların silahları təhvil verməsi,
ictimai binalara hücumların sona çatması, yerli rəhbərliklərin
səlahiyyətlərinin artırılması, erkən yerli və parlament
seçkilərinin keçirilməsi kimi 15 maddədən ibarət olan sülh planı
müzakirə ediləcək.
Poroşenko, atəşkəsə əməl olunmaması hada "B planını" tətbiq edəcəyi
xəbərdarlığını vermişdi. Prezident "B planını"n nə olduğunu isə
açıqlamamışdı.
Rusiya dövlət başçısı Putin də sabah sona çatacaq atəşkəs
müddətinin uzadılması üçün Poroşenko ilə telefon danışığı
reallaşdırmışdı.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir