Dünya
Yaponiyada TARİXİ ANLAR: İmperator taxtdan gedir, əvəzinə isə...
Yaponiyada yeni dövr başlayır.
Publika.az xəbər verir ki, imperator Akiyotonun 30 aprel tarixində taxtdan getməsi ilə ölkədə başlayacaq yeni dövrün adı rəsmi şəkildə açıqlanıb.
Yaponiyanın baş katibi Yoşihide Suqa yeni dövrün “Reiya” adlanacağını deyib. Bu ad xüsusi seçilmiş mütəxəssislər və ziyalı siyasətçilər tərəfindən təyin edilib.

Baş nazir Şinzo Abe də seçilən adla bağlı açıqlama verib. O bildirib ki, yeni ad Yaponiyanın qədim şeir kolleksiyalarından olan və zəngin yapon mədəniyyəti ilə ənənələrini simvolizə edən 7-ci əsrə aid “Manyoşu”dan götürülüb: “Yeni ad mənasını tam anlamı ilə əks edir. İnsanlar qəlblərini gözəl şəkildə birləşdirəndə mədəniyyət qidalanır. “Reiya”nın belə bir mənası var”.
II Dünya Müharibəsindən sonra Yaponiyada imperatorun siyasi gücü qalmasa da, yeni imperatorla birlikdə başlayacaq dövr gündəlik həyatda böyük əhəmiyyət daşıyır. Bir çox sahədə dəyişiklik aparılacaq. İnsanlar yeni dövrlə ayaqlaşa bilməsi üçün onun adı bir ay əvvəldən açıqlanır.
“Reiya” vətənaşlıq, tibbi sığorta və təqvim daxil olmaqla, bir çox rəsmi sənəddə istifadə olunacaq. Çin köklü olan, Yapnoiyada istifadə edilən “kanji” əlifbasındakı 2 xarakterdən ibarət “Reiya” yaxşı, gözəl, və nizamlı sözlərinin birləşməsidir.
Qeyd edək ki, Yaponiyada hər imperator dəyişikliyi olduqda ölkəndə yeni dövrün başlanğıcı elan olunur. Son imperator Akiyoto 30 il ölkəyə rəhbərlik edib. O, səhhətində yaranan problemlərdən dolayı taxtdan gedəcəyini açıqlayıb. Onu taxtda vəliəhd şahzadə Naurito əvəz edəcək.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
