Dünya
Üsamə bin Ladenin oğlu öldürüldü - Amerika kəşfiyyatı
ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.
Publika.az xəbər verir ki, bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.
Hələlik Amerika hakimiyyətinin onun ölümünü təsdiq edib-etməyəcəyi məlum deyil. Amerika məmurları Üsamə bin Ladenin oğlunun hara öldüyünü, həmçinin ölümün ABŞ xüsusi xidmət orqanı ilə əlaqəsinin olub-olmadığını dəqiqləşdirməyiblər. Ağ Ev informasiyanı şərh etməyib.
Xatırladaq ki, “Əl-Qaidə” 2018-ci ildə Həmzənin son ictimai müraciətini yayıb. O, müraciətində Səudiyyə Ərəbistanını hədələyir və ölkə sakinlərini üsyana çağırırdı.
ABŞ bu ilin fevralında Həmzənin yerini müəyyən etməyə imkan verəcək informasiya üçün bir milyon dollar məbləğində mükafat təyin etmişdi.
Həmzənin 1989-cu ildə doğulduğu təxmin edilir. 2018-ci ilin yayında bildirilirdi ki, o, ABŞ-da 2001-ci 11 sentyabr tarixində törədilən terror aktının icraçısının qızı ilə evlənib. Amerika kəşfiyyatı hesab edirdi ki, Həmzə atasının ölümündən sonra (2011-ci il –red.)“Əl-Qaidə”yə rəhbərlik etməyə hazırlaşır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
