Dünya
Dünya böyük fəlakətlə QARŞI-QARŞIYA: hər an partlada bilərlər
Yəməndə fəaliyyət göstərən Husilər terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.
Publika.az xəbər verir ki, daha əvvəl “Amarco” neft email zavodunu partladan İran dəstəkli terrorçular yenidən hücum edə biləcəklərini açıqlayıb.
“Səudiyyə Ərəbistanının neft təsisi “Amarco”da yerləşən şirkətləri və xariciləri xəbərdar edirik: hər an yenidən hücum edə bilərik”,- təşkilatdan verilən açıqlamada deyilir.
Qeyd edək ki, “Amarco”nun iki zavodu həftə sonu gecə saatlarında Silahlı Pilotsuz Uçuş Aparatlarının hücumuna məruz qalmış, partlayışın ardınca yanğın çıxmışdı.
ABŞ Dövlət Departmanetinin rəhbəri Mayk Pompeo Səudiyyə Ərəbistanındakı iki neft emalı zavoduna edilən hücuma görə İranı günahlandırıb və hücumların Yəməndən olduğuna dair dəlil tapılmadığını bildirib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi isə bu ittihamları təkzib edib.
ABŞ zavodların son vəziyyətini göstərən peyk görüntülərini paylaşıb. Görüntülərdə zavodların böyük həcmdə zərər gördüyü ortaya çıxıb. Səudiyyə Ərəbistanının Enegetika naziri Əbdüləziz ibn Salman hücum səbəbilə neft emalının müvəqqəti dayandırıldığını açıqlayıb. Bundan sonra dünya birjalarında Brent markalı neft 18% bahalaşıb.
Zümrüd
-
Ekologiya10:36Qubaya qar yağdı
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz











.jpg)

















.jpg)

