Avropa
Mançesterdə terror planı üzə çıxdı: İki İran vətəndaşına ittiham
London polisi Mançesterdə terror aktı hazırlamaqda şübhəli bilinən iki İran vətəndaşına qarşı ittiham irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə Skotlend-Yardın yaydığı məlumatda bildirilib.
Məlumata görə, sentyabrın 20-də Mançesterdə saxlanılan 36 yaşlı Salam Əhmədian və 34 yaşlı Rəhman Salehi terror aktlarına hazırlıqla bağlı əməllərdə ittiham olunublar.
Polisin məlumatına əsasən, ittihamlar yəhudilərin Yom-Kipur bayramı ərəfəsində törədildiyi ehtimal olunan cinayətlərlə əlaqəlidir. Şübhəlilərin əldəqayırma bomba hazırlamaq üçün komponentlər və partlayıcı qurğunun hazırlanmasına dair təlimat əldə etməyə cəhd göstərdikləri bildirilir.
Hər iki şəxs hazırda həbsdədir. Onlar oktyabrın 3-də Londonun Vestminster Magistrat Məhkəməsində hakim qarşısına çıxarılacaqlar.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək





















.jpg)


















