Dünya
Prezident o təbii yataqların istifadəsini qadağan etdi
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov uran mədənləri ilə bağlı yeni qanun imzalayıb.
Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, prezident Qırğızıstan Respublikasında uran, torium yataqlarının axtarışı, geoloji kəşfiyyatı və işlənməsi məqsədi ilə aparılan faydalı qazıntı işlərini, həmçinin radioaktiv xammal və tullantıların ölkəyə idxalını qadağan edən qanuna imza atıb.

Prezident aparatından verilən məlumata görə, qanunun məqsədi radiasiya və ekoloji təhlükəsizliyi təmin etməklə, insanların sağlamlığının qorunmasıdır.
Qeyd edək ki, 2012-ci ildən bəri Qırğızıstandakı “YurAsia” investorları təkcə geoloji kəşfiyyata 271 milyon som (4 milyon dollar) sərmayə qoyub.
Xatırladaq ki, İssık-Kul vilayətində uran yatağının işlənməsi mart-aprel aylarında böyük etirazlara səbəb olmuşdu. Hasilatın qadağan olunması ilə bağlı petisiyanı 20 mindən çox sakin imzalamışdı. Ölkə parlamentində uran hasilatını qadağan edən qanun oktyabrın sonunda qəbul edilmişdi.
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı












.png)


















