Dünya
Dünya İrana qarşı AYAĞA QALXDI - BÖYÜK ŞOK
Ukrayna Hava Yollarına aid “Boeing 737” təyyarəsinin Tehranın imam Xomeyni Beynəlxalq Hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra “səhvən” raketlə vurulmasının rəsmi şəkildə etirafından sonra dünya liderləri ayağa qalxıb.
Publika.az xəbər verir ki, təyyarədə vətəndaşları olan Ukrayna və Kanadanın hökumət rəhbərləri yazılı şəkildə açıqlama yayıb.
Kanada Baş naziri Castin Trüdo bildirib ki, onlar üçün hazırda prioritet məsələ qəzada həlak olanların ailələri üçün ədalətin təmin edilməsi, İran tərəfindən cavab verilməsi və şəffaflıqdır. Baş nazir hadisənin milli tragediya olduğunu və bütün Kanadanın matəm saxladığını deyib.

Trüdonun açıqlaması Kanadanın iranlı məsul şəxslərlə tam və detallı araşdırma üçün 100% əməkdaşlığı mövzusunda qətiyyətliliyinin göstəricisi kimi dəyərləndirilib.
Ukrayna prezidenti Vladimir Zelenski isə verdiyi açıqlamada İranın günahı qəbul etməsini, üzr istəməsini və məsuliyyətli şəxslərini cəzalandırılmasını tələb edib. Prezident qəzada ölənlərin yaxınlarına kompensasiya ödənməsinə də diqqət çəkib: “Bu səhər yaxşı bir səhər olmadı, amma reallığı gətirdi. Beynəlxalq komitə araşdırmasını aparmadan İran günahını qəbul etdi. Biz İranın günahı tam olaraq üzərinə götürməsini gözləyirik. İranın tam və açıq istintaqa hazır olmasını ümid edirik. Günahkarlar cavab verməli, ölənlərin cəsədləri ailələrinə təhvil verilməlidir. Ölənlərin yaxınlarına kompensasiya ödənməli. Diplomatik kanallar vasitəsilə rəsmi üzr istənməlidir”.

Rusiya Federasiyası Dövlət Duması isə İranı qınayan açıqlama yayıb. Mətndə İran təxribat törətməkdə günahlandırılıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qeyd edək ki, yanvarın 8-də baş verən və 176 nəfərin həlak olduğu qəzanın texniki nasazlıq səbəbindən olduğu açıqlansa da, İran reallığı gizlətməkdə çətinlik çəkib və bu gün təyyarənin raketlə vurulduğu açıqlanıb.
“Nyu-York Tayms” hələ iki gün öncə təyyarənin raketlə vurulduğu görüntülərini dərc etmişdi.
Zümrüd
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir












.jpg)





















.jpg)

