Dünya
Real rəqəmlər yanlışlıqla paylaşıldı - Çində qorxunc fakt
Qlobal xaosa səbəb olan Çin koronavirusu ilə bağlı qorxunc görüntü yayılıb.
Publika.az xəbər verir ki, Çinin ən böyük texnologiya və proqramlaşdırma şirkətlərindən olan “Tencent” epidemiyanın statistikasını açıqlayıb.
Siyahıda ölənlərin sayı 24 min 589 nəfər göstərilib. Bundan başqa, 154 min 23 nəfərin virusa yoluxduğu, sağalan xəstələrin sayının 269 olduğu bildirilib. Siyahıya əsasən, 79 min 808 nəfər xəstəliklə mübarizə aparır.

Lakin qısa müddət sonra həmin statistikanın rəqəmləri dəyişdirilib. Bu da insanlarda təşviş yaradıb.
Açıqlanan rəsmi rəqəmlərə görə, 563 nəfər dünyasını dəyişib. 28 min 18 nəfərdə virus tapılıb.
Beynəlxalq mətbuatda açıqlanan rəsmi rəqəmlərlə “Tencent”in yanlışlıqla yayımladığı rəqəmlər arasında 80 qat fərq olduğu vurğulanıb. Dünya ictimaiyyəti bu görüntülərin ortaya çıxmasından sonra “Çin hökuməti bilgiləri gizlədir. Bu rəqəmlər gerçəkdir” şərhlərini paylaşır.
Zümrüd
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA













.png)
.jpg)













