Dünya
Netanyahudan sərt çıxış: “Buna görə ağır əvəz ödəyəcəklər”
“HƏMAS atəşin dayandırılmasından imtina etdi və bunun üçün əvəz ödəməli olacaqlar”.
Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İsrail baş naziri Benyamin Netahyahu deyib.
Qeyd edib ki, İsrail atəşin dayandırılması ilə bağlı Misirin təşəbbüsünə müsbət cavab verib. HƏMAS isə atəşkəsi qəbul etməyəcəyini və hərtərəfli bir müqavilə istədiklərini açıqlayıb. Məsələ ilə əlaqədar HƏMAS-ın silahlı qolu olan olan Kassam Tuqayları “Mətbuatda gördüyümüz atəşkəs xəbərləri məsələsində heç kim bizə rəsmi və ya qeyri-rəsmi bir təklif irəli sürməyib. Amma təklif doğrudursa, bu diz çökmək və təslim olmaq mənası verir ki, biz bunu qətiyyən qəbul etmirik”, - deyib.
İslami Cihad Hərəkatının lideri Ramazan Abdullah Şallah "Əl-Cəzirə" kanalına müsahibəsində döyüşün nə vaxt bitəcəyini onların müəyyənləşdirəcəyini deyib: “Bundan sonra biz 2012-ci ildə əldə olunan atəşkəs razılaşmasının şərtlərini qəbul etmirik. Sionist rejim Qəzzaya qarşı tətbiq etdiyi embarqonu qaldıracaq və sərhədləri açacaq. İsrailin başqa yolu yoxdur”.
İsrail baş naziri atəşkəs təklifinin rədd olunacağı halda HƏMAS və İslami Cihad Hərəkatına qarşı sərt addımlar atacağını bildirib.
“HƏMAS bu kampaniyanı davam etdirməyə qərar verib və bunun üçün ağır əvəz ödəyəcək. İsrail onun ərazisinə hücum edən hər kəsə cavab verəcək”, - B.Netanyahu deyib.
Ömər Dağlı
-
Dünya16:36Epşteynin bütün sərvəti məlum oldu - Siyahı
-
ABŞ15:52Bayden bu tarixdə ölüb: Epşteyn sənədlərində görün nə yazılıb - Şok iddia
-
Maraq dünyası15:26Bu dəfə Günəşin əks bölgəsində güclü partlayış oldu: Yerə tərəf dönərkən...
-
Avropa13:06Yay tətili və dərs günləri azaldılır: Prezidentdən tövsiyə
-
MDB11:48Moskvada general güllələndi: "Vaqner"ə qarşı çıxmışdı
-
Nida Xəbər 11:27Bakıda müəllimin güllələndiyi "İdrak" liseyi görün kimindir - Foto
-
Dünya11:12Baş nazirin videosu "YouTube"u partlatdı - Ölkə əhalisinin sayından çox baxış
-
Nida Xəbər 11:02DİN-dən liseydəki insidentlə bağlı açıqlama












.jpg)


.jpg)
















