Luqansk şəhərinə aviazərbələr endirilib, xeyli ölən var (Video)
Bizi izləyin

Dünya

Luqansk şəhərinə aviazərbələr endirilib, xeyli ölən var (Video)

Ukrayna aviasiyası Luqansk şəhərinə aviasiya zərbələri endirib.

Publika.az-ın lifenews.ru saytına istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində ən azı 15 nəfər həlak olub.

Ukrayna Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələrin mütəmadi olaraq şəhər səmasında uçuşlar həyata keçirdiyi və hər 10-15 dəqiqədən bir aviazərbələrin endirildiyi bildirilir.

Aviazərbələrdən birinin keçidə düşdüyü və burada 8 nəfərin həlak olduğu xəbər verilir. Ukrayna hərbi təyyarələrinin əsas hədəfinin şəhərin mərkəzindəki şəhər administrasiyası binasının olduğu ehtimal edilir. Ölənlərin dinc sakin, yaxud da silahlılardan olduğu barədə məlumat verilmir.

Məlumatda həmçinin bildirilir ki, Ukrayna ordusu bu gün Luqansk şəhərindən 8 kilometr məsafədə yerləşən Metallist qəsəbəsini atəş altında saxlayıb.

Ömər Dağlı

На разбившемся

На разбившемся "Боинге" находилось 298 человек

Путин: Ответственность за катастрофу

Путин: Ответственность за катастрофу "Боинга" несут власти Украины

ОБСЕ: Место крушения

ОБСЕ: Место крушения "Боинга" опасно для мониторинга

Oxumağa davam et
Reklam
Reklam

Gündəm