Dünya
İraqda terror planı - neft emalı zavodu partladılacaqmış
İraqın Diyala şәhәrinin şәrqindәki Nefthane bölgәsindә terror tәşkilatı DEAŞ-ın neft emalı zavoduna tәşkil etdiyi hücumun qarşısı alınıb.
Publika.az xəbər verir ki, terror tәşkilatı DEAŞ-ın üzvlәri Nefthane bölgәsindәki neft emalı zavoduna hücum etmәyә cәhd edib. Mәlumatda tәhlükәsizlik qüvvәlәrinin hücumun qarşısını aldığı vurğulanıb.
Qarşıdurma zamanı öldürülәn terrorçuların sayı ilә bağlı mәlumat verilmәyib. Qarşıdurma zamanı hәmçinin terror tәşkilatı DEAŞ-a mәxsus çox sayda partlayıcı maddә әlә keçirilib.
Qeyd edәk ki, terror tәşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mosul, Sәlahәddin vә Enbar vilayәtlәrinin tamamını, Diyala vә Kәrkük vilayәtlәrinin isә bir hissәsini nәzarәtinә keçirmişdi. Hәmin bölgәlәr daha sonra İraq qüvvәlәrinin nәzarәtinә keçmişdi. İraqın keçmiş Baş naziri Heydәr Әl-İbadi 2017-ci ilin 9 dekabr tarixindә terror tәşkilatı DEAŞ-ı mәğlub etdiklәrini açıqlamışdı.
Terror tәşkilatı DEAŞ buna baxmayaraq Kәrkük, Diyala, Mosul, Sәlahәddin vә Enbar vilayәtlәrinin bәzi bölgәlәrindә hücumlarını davam etdirir.
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO












.jpg)
















.jpg)

